Pişiklərdən yoluxur, beyni məhv edir
Digərləri 26 Okt 2025 19:30:00 81 0
Alimlər milyonlarla insanın beynində yaşayan Toxoplasma gondii parazitinin zəif yerini aşkar ediblər.
Bu xəbəri də oxu: Türkiyədə zəlzələ oldu
Son.az xəbər verir ki, Virciniya və Merilend Veterinar Tibb Kollecinin mütəxəssisləri T. gondii-nin həyatda qalması üçün vacib olan TgAP2X-7 adlı zülalı müəyyən ediblər. Bu zülal olmadan parazit sahib hüceyrələrinə daxil ola və çoxala bilmir.
T. gondii adətən pişiklərdən yoluxur, pişiklərin orqanizmində parazit cinsi yolla çoxalır. Yoluxmadan sonra parazit uzun müddət insan beynində qalır, lakin simptomlar vermir. İmmunitet zəiflədikdə isə infeksiya aktivləşir və toksoplazmoz xəstəliyi inkişaf edir. Bu xəstəlik beyin iltihabı və orqan zədələnməsi ilə müşayiət olunur.
Ənənəvi müalicə dərmanlarının ciddi yan təsirləri olduğundan, alimlər paraziti yalnız ona təsir edəcək, insan hüceyrələrinə zərər verməyən üsullar axtarırdılar. Tədqiqatçılar TgAP2X-7 zülalı modifikasiya olunmuş parazit nümunələrində bitki hormonu auksin təsiri altında məhv edilib. Zülal olmadan T. gondii plaketlər yaratmaq, hüceyrələrə daxil olmaq və çoxalmaq imkanını itirir.
Alimlər bildirirlər ki, TgAP2X-7 insan orqanizmində analoqu olmayan zülaldır, ona təsir göstərmək paraziti məhv etməyə imkan verir, eyni zamanda xəstəyə zərər vermir.
"Yeni toksoplazmoz müalicə üsullarına ciddi ehtiyac var və TgAP2X-7 bu sahədə real imkanlar açır", - deyə tədqiqatın həmmüəllifi Padmadja Mandadi bildirib.
İsmayıl Son.az
Missisipi ştatından olan 24 yaşlı müəllim Miata Borders ilk iş gününd
Türkiyədə uzun müddətdir gözlənilən "Gelin Takımı 2" filmi n
Fransanın birinci xanımı Bricit Makronun adı vergi sistemində səhvən ki
Bakı Musiqi Akademiyasının Opera studiyasında "Ötən illərin mahnıla
Rusiya Prezidenti Vladimir Putin bəyəndiyi filmi açıqlayıb.
Xalq artisti Məleykə Əsədovanın illər öncəki toy mərasimindən görünt
Oktyabrın 19-da Luvr muzeyində baş vermiş oğurluq hadisəsi üzrə təhqi
Rusiyalı müxalif jurnalist, televiziya və radio aparıcısı Kseniya Sobçak
Meyxanaçı Zarina son görüntüləri ilə sosial şəbəkələrdə müzakirə
Azərbaycanın tanınmış pianoçusu, istedadlı musiqiçi Nizami Əliyev 9 noy
Yaşanan inanılmaz hadisə diqqət çəkib.
Britaniya Kralı III Çarlzın qardaşı şahzadə Endryu siyasi və ictimai hə
