2 aydan sonra... Pensiyalarla bağlı vacib xəbər
Digərləri 27 Okt 2025 09:35:00 89 0
Gələn il pensiya kapitalı artırılacaq.
Bu xəbəri də oxu: Daha bir itkin düşən şəhidimizin nəşi tapıldı FOTO
Son.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.
"Əmək Pensiyaları haqqında" Qanuna əsasən, 2026-cı ildə yalnız pensiyalar deyil, vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək artırılacaq.
Onun sözlərinə görə, qanunun 29.1-1 maddəsinə əsasən, sığortaolunanların fərdi hesablarında qeyd olunan pensiya kapitalı hər il istehlak qiymətləri indeksinə uyğun şəkildə yenilənir. Bu o deməkdir ki, pensiya kapitalı 2025-ci ilin inflyasiya səviyyəsinə əsasən artırılacaq.
Deputat qeyd edib ki, Mərkəzi Bankın yeni proqnozuna görə, bu il inflyasiya təxminən 6 faiz olacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk doqquz ayında qiymət artımı 5,7 faiz təşkil edib.
"Əgər proqnoz dəyişməzsə, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Məsələn, 50 min manat pensiya kapitalı olan şəxsin vəsaiti gələn il təxminən 3 min manat artacaq. Dəqiq rəqəm isə yanvarda açıqlanacaq," - deyə Bayramov əlavə edib.
Deputat vurğulayıb ki, bu artım gələcəkdə pensiyaya çıxan şəxslərin daha çox məbləğ almasına və yığılan kapitalın inflyasiyadan qorunmasına imkan verəcək.
İsmayıl Son.az
Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmə
Azərbaycan Mərkəzi Bankı oktyabrın 27-nə olan valyuta məzənnələrini a
Məşhur "O Səs Türkiyə" layihəsinin iştirakçılarından olan, t
Avroviziya qalibimiz Nigar Camal türk pop ulduz Hadise ilə paylaşım edib.
Duz tərkibindəki natrium səbəbindən arterial təzyiqin yüksəlməsinə və
Alimlər ürək sağlamlığının əsas dövrünün 17-25 yaş arasında olduğ
Limonun saysız-hesabsız faydalarından yararlanmaq üçün onu bir çox formad
Dünya üzrə indiyə qədər qeydə alınmış ən yüksək səth temperaturu
Payızda immuniteti gücləndirmək xüsusilə vacibdir. Bir çoxu düşünür k
İnsanları digər canlılardan fərqləndirən xüsusiyyətlərdən biri də z
Məşhur yazıçı Tom Bauerin iddiasına görə, o dövrdə hələ şahzadə ol
Dünya təkcə mövcud olan şəhərlərin deyil, həm də yoxa çıxan məkanla
Bu gün Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror akt
Zərdabda baş verən ağır yol qəzası ilə bağlı sosial mediada geniş mü
