"MTV Azərbaycan" cərimələnəcək


Digərləri 27 Okt 2025 13:05:00 70 0

"MTV Azərbaycan" cərimələnəcək

Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinq nəticəsində "MTV" televiziya kanalının efirində 22 oktyabr 2025-ci il tarixdə saat 20.31-21.24 arası yayımlanan "Toya gəlmişik" proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 9.3-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunub.

Bu xəbəri də oxu: Sumqayıtda qaz olmayacaq

Bu barədə Son.az-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilib: "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.4-cü maddəsinə əsasən ailə institutunu nüfuzdan salan informasiya olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir və yayımına məhdudiyyət qoyulur.

Bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunub. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilib.

Təəssüflə qeyd olunmalıdır, həmin haldan bir neçə gün sonra "MTV" kanalında yuxarıda qeyd olunan pozuntu halı baş verib. Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə 24 oktyabr 2025-ci il tarixində "MTV" kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilib, pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, digər yayımçılara tətbiq olunmuş sanksiyaların səbəbi olmuş pozuntuların baş verməməsi üçün redaksiya nəzarətini gücləndirməyə çağırır".

Kraliça Elizabetin “Range Rover”i hərraca çıxarıldı  FOTO like
  • 27 Okt 13:00  
Dünya Kraliça Elizabetin “Range Rover”i hərraca çıxarıldı FOTO

Böyük Britaniyada 2007-ci ilin "Range Rover" modeli hərraca çıxar

arrow Ətraflı
“CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2”  VİDEO like
  • 27 Okt 12:52  
Şou-biznes “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” VİDEO

Bakı, 27 oktyabr: "CineMastercard" kinoteatrlar şəbəkəsində popu

arrow Ətraflı
Kəskin istilər gəlir  Bakıda 26 dərəcə olacaq like
  • 27 Okt 12:40  
Digərləri Kəskin istilər gəlir Bakıda 26 dərəcə olacaq

Sabah paytaxt Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən

arrow Ətraflı
Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi like
  • 27 Okt 12:30  
Siyasət Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi

Zəngəzur dəhlizi və ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə form

arrow Ətraflı
Daha 16 itkin şəhidimiz dəfn ediləcək like
  • 27 Okt 12:21  
Digərləri Daha 16 itkin şəhidimiz dəfn ediləcək

I Qarabağ müharibəsinin daha 16 itkin-şəhidinin qalıqları dəfn olunacaq.

arrow Ətraflı
Qaranohur gölündə "tıxac" yarandı like
  • 27 Okt 12:16  
Digərləri Qaranohur gölündə "tıxac" yarandı

Şəhərin səs-küyündən uzaqlaşmaq istəmişdilər

arrow Ətraflı
“Hər an böyük faciə baş verə bilər”  Bakıda 10 ailənin həyatı təhlükədədir like
  • 27 Okt 12:06  
Digərləri “Hər an böyük faciə baş verə bilər” Bakıda 10 ailənin həyatı təhlükədədir

Son aylarda yağan intensiv yağışlar nəticəsində Bakıda 10 ailənin həya

arrow Ətraflı
Qorxutma doktrinası: Tramp niyə Karib dənizində güc oyununa başladı like
  • 27 Okt 12:00  
Dünya Qorxutma doktrinası: Tramp niyə Karib dənizində güc oyununa başladı

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Mütəşəkkil dəstə ifşa edildi: 81,5 milyonluq dələduzluq, 300ə yaxın vətəndaş aldadılıb like
  • 27 Okt 11:54  
Digərləri Mütəşəkkil dəstə ifşa edildi: 81,5 milyonluq dələduzluq, 300ə yaxın vətəndaş aldadılıb

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlav

arrow Ətraflı
Türk bloqerin milli yeməyimizə reaksiyası gündəm oldu  VİDEO like
  • 27 Okt 11:52  
Digərləri Türk bloqerin milli yeməyimizə reaksiyası gündəm oldu VİDEO

Türkiyə vətəndaşının dovğaya reaksiyası diqqət çəkib.

arrow Ətraflı
Saleh Səmədovun rəis oğlu da işdən çıxarıldı like
  • 27 Okt 11:48  
Digərləri Saleh Səmədovun rəis oğlu da işdən çıxarıldı

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun həbsind

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 27 Okt 11:35  
Digərləri Türkiyədə zəlzələ oldu

Çanaqqalada 4 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı