Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." Müsahibə


Kriminal 28 Okt 2025 19:39:00 76 0

Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..."  Müsahibə

Kulis.az Ülvi Bahadırın Xalq artisti Firəngiz Mütəllimova ilə müsahibəsini təqdim edir.

- Əslən şuşalısınız, ancaq Ağcabədi qeydiyyatdasınız.

- Anam şuşalı, atam qəbələlidir. Müəllim olublar. Hər ikisi təyinatla Ağcabədiyə gedib. Elə orada tanış olub ailə qurublar. Sonra Bakıya gəliblər. Təyinat üçün qarşılarında iki seçim olub: Şuşa və Qəbələ. Şuşanı seçiblər. Mən aprelin 3-ü səhər saat 6-da Şuşada doğulmuşam. Deyirlər, qar dizdən imiş. Ata-anam Ağcabədidə işləyirdilər və qeydiyyat müddətləri bitməmişdi. Ona görə də atam mənim də, qardaşımın da doğum şəhadətnamələrimizi oradan almışdı. Bayrama düşsün deyə məni mayın 1-nə yazdırmışdı. Kim haradan bilərdi ki, aləm qarışacaq? Mən Ağcabədidə cəmi üç il yaşamışam. Sonra təyinatla Şuşaya köçdülər. Anama evini vermədilər, çünki orada erməni yaşayırdı. Bizə başqa ev verdilər. Məktəb həyatım da o evdə keçdi. Sonra da Bakıya gəldim.

- Uşaqlığınızın Şuşası necə idi?

- Çox gözəl. Biz Şuşada dörd fəslin dördünü də doya-doya yaşayırdıq. Bakıda elə deyil. İnsanlar qəfildən qış paltarına keçir. Çox dəyişkəndir. Məktəbə beş yaşımda getmişəm. Məktəb formalarımız eyni idi. Qardaşımla bir partada otururdum. Dərnəklərə gedirdim. Rəqsi çox sevirdim. Ancaq aktyorluqla bağlı dərnək yox idi.

- Qarabağ mədəniyyət ocağıdır. Orada insanların incəsənətə marağının yaranması çox asandır. Ancaq Qarabağ daha çox bəstəkarları, xanəndələri ilə məşhurdur. Sizi aktrisalığa çəkən nə oldu?

- Məhəlləmizdə kinoteatr var idi. Dayım da orada işləyirdi. Pəncərədən baxanda kimin girib-çıxdığını görə bilirdim. Bütün günü filmlərə baxmağa gedirdim. Hind filmlərini çox sevirdim. 7-ci sinifdə oxuyanda kinoteatrın qabağında "Nəsimi" filminin afişasını gördüm və ovsunlandım. Ondan sonra dedim ki, mən aktrisa olacağam. Başıaşağı, qaradinməz qız idim. Heç kim bilmirdi ki, Bəhər müəllimin mən adda qızı var. "Güllü park" deyirdik, indi həmin yerdə "Qarabağ" oteli var, oradan dərsə gedib-gəlirdik. Yayda Polad Bülbüloğlu gələndə əlimdə şəkli ilə yolun qırağında dururdum ki, görüb imzalasın.

Anam bu qərarıma kəskin şəkildə etiraz elədi. Dedi ki, mən səni ağ xalatda görmək istəyirəm. Atam da dedi ki, yox, istəyirsə, getsin. Heç demə, anama göz vurubmuş, yəni onsuz da kəsilib gələcək.

Mən də iki "5", bir "4" ilə girdim. Bəhər müəllim yatdı, durdu, oldu Firəngiz Mütəllimovanın atası Bəhər müəllim.

- Gəncliyinizdə də belə sakit təbiətli idiniz, yoxsa zaman sizi belə formalaşdırdı?

- Mən qoç burcüyəm. Qoçun da buynuzları içindədir. O da gec-gec çıxır. Belə çox mülayım insanam. Hətta qohumlarım mənə "sülh bayrağı" deyir. Küsənləri barışdırıram. 2013-cü ildə beyin əməliyyatı olanda sonra mən hər gün iki saat ayırıb Allaha dua eləyirəm. Bütün duaları əzbər bilirəm. Bircə Allaha inanıram. Falçıya, baxıcıya inamım yoxdur.

- Əməliyyat mövzusuna da qayıdacağıq... Qəbul olunandan sonra ananızın reaksiyası necə oldu?

- Yaxşı. Mən evin ilki idim. Anamın da gəncliyində gözəl səsi olub. Atası müharibəyə gedib gəlməyib, anası da onu dünyaya gətirəndə vəfat eləyib. Onu əmisi böyüdüb. O da mühafizəkar adam olub. Təsəvvür eləyin, anam danışırdı ki, mən Mədəniyyət Evində mahnı oxuyanda əmimi iki nəfər tuturdu ki, mənə hücum eləməsin. Ona görə də ürəksiz olub. Biz dörd uşaq olmuşuq, dördümüz da bir-birmiziə bağlı olmuşuq. Məsələn, mənim olan şey hamımızın idi. Əməliyyat olunmağa gedəndə də o hiss məndə idi. Heç kim inanmırdı. Özüm sənədə imza atdım ki, bütün məsuliyyət məndədir. Gülə-gülə girdim, gülə-gülə çıxdım.

- Hər bir aktyorun, aktrisanın peşəkarlar tərəfindən qəbul olunma prosesi olur. Siz necə özünü qəbul etdirdiniz?

- Şekspirin "İki veronalı" tamaşasında oynayırdım. Həmin tamaşaya Tofiq Kazımov da gəlmişdi. Kurs rəhbərimiz Böyükağa Kazımov idi. Baxdı, bəyəndi, teatra dəvət elədi. Dördüncü kursda oxuyanda artıq "Əliqulu evlənir" tamaşasının məşqlərinə gedirdim. Həmin tamaşada çox yaxşı qarşılandı. Mən elə əvvəldən baş rolla başlamışam. Teatrda işim çox idi deyə, kinodan uzaq düşdüm.

- Tamaşaçılar sizi daha çox İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilən tamaşalardan tanıyırlar. Bu əməkdaşlıq necə başladı?

- "Natavan" tamaşasında oynayırdım. İlyas bəy də tamaşaçılar arasında idi. Tamaşadan sonra mənə dedi ki, sən həm gözəlsən, həm də Qarabağ xanımlarına bənzəyirsən. Onun bütün nəsihətlərinə mən bu gün də əməl eləyirəm. Onun 7-8 əsərində oynamışam. Birində qulluqçunu oynamışamsa, digərində narkomanı oynamışam. Tam fərqli obrazlar olub.

- Hətta sirf sizin üçün obrazlar yazırdı.

- Bəli. "Tənha iydə ağacı"nda mənim üçün obraz yazmışdı. Bir də mən narkomanı oynayanda demişdim ki, İlyas müəllim, bu qız niyə narkoman olub, burada nəsə olsa, yaxşı olar. O da mənə gözəl bir monoloq yazdı.

- İlk film təklifi necə gəldi?

- Vaqif Mustafayev və Ceyhun Mirzəyev təklif elədilər. Onların iki filminə çəkilmişəm: "Bəyin oğurlanması" və "Işarəni dənizdən gözləyin".

- Ancaq o illərdə və sonralar kinoya az-az çəkilirdiniz?

- Çünki mən sınaq çəkilişinə gedirdim, gördüm ki, başqasını seçiblər. Ondan sonra heç bir sınaq çəkilişinə getmədim. Axırıncı dəfə "Qala" filmində çəkildim. Rejissor dedi ki, Rasim Balayev və sənin üçün heç bir sınaq olmayacaq.

- Hansı rollar olub ki, sonradan başqasını seçiblər?

- "Təhminə" filmində Təhminə obrazına məni çəkəcəkdilər. Çatan kimi yataq səhnəsini göstərdilər, dedim, çəkilmirəm. Hər şey yataqdan başlamır ki. Təhminə hər qadına qismət olmayan obrazdır. Bildim ki, məni çəkməyəcəklər. Türk aktrisanı çəkdilər, o da alınmadı. Çünki türklərlə bizim həyat tərzimiz fərqlidir. O obrazı ancaq bir azərbaycanlı aktrisa lazım olan səviyyədə oynaya bilərdi.

Mən heç bir kommersiya filminə çəkilmirəm. "Azərbaycanfilm" nəsə çəksə, dəvət etsə, çəkilərəm.

- Gəncliyinizdə bir müddət teatrdan uzaq düşmüsünüz.

- Ailə qurandan sonra uzaqlaşdım. Ancaq teatrda yerimi saxlamışdılar. Həyat yoldaşım xaricdə yaşayırdı, gedib-gəlməyə məcbur idim. Yollarda qalmışdım. Bəlkə də övladım olsaydı, qalardım.

- Valideynləriniz Bakıda qalırdı?

- Bəli. Atam xəstə idi deyə tez-tez gedib-gəlirdi.

- Üç illik ayrılıqdan sonra səhnəyə çıxanda hansı hissləri keçirdiniz?

- Mən təyyarədə uçanda da ancaq avtoqraf verirdim. Yoldaşım da deyirdi ki, ta nə fərqi oldu işdən çıxmağının. Elə gələn kimi rol verdilər, heç elə bil üç il keçməmişdi.

- Hansı roldan sonra hiss elədiniz ki, artıq populyarsınız?

- "Səni axtarıram"dan sonra. Televiziya tamaşası olduğuna görə çox adam baxmışdı. Yatdım Firəngiz, durdum Gülnar.

- Təklif necə gəldi?

- Mən "Gənclik" estradasında aparıcı idim. Tariyel Vəliyev orada mənim gülüşümü görmüşdü. Dedi ki, bu gülüş Elçini əsəbiləşdirəcək. Sonra altı ay məşq elədik, baxış oldu. İlk dəfə idi ki, AzTV-də hansı tamaşada küçə kadrları yayımlanırdı.

- Yaşar bəylə ilk işiniz idi?

- Bəli, ilk işim idi. O, artıq çox məşhur idi. Mən onun gözünün içinə baxmağa utanırdım. O da mənə çox kömək eləyirdi.

- Sonra qəfildən məşhurlaşdınız. Gənc aktrisa olaraq bu sizə çox çətinlik yaratdı?

- Əlbəttə. O qədər şeylər olurdu. Səviyyəsiz adamlar səviyyəsiz təkliflər eləyirdilər. Şöhrət insanı öz yaxınlarından da uzaqlaşdırır. Hamıya şübhəli baxmağa başlayırsan.

- Qoruyub saxlamağı necə bacardınız?

- Geyim-kecimimlə, münasibətimlə çərçivələr qoymağa başladım. Mənim üçün insan insandır. Dini, dili, irqi mənə maraqlı deyil. Hamıya eyni cür baxıram. Bu sənətdə əsas səmimiyyətdir.

- Sizə məktublar da gəlirdi...

- Yığın-yığın. Mən teatrdan çıxa bilmirdim. İnsanlar binanın qabağını kəsdirirdi. Ancaq hamısını ya atmışam, ya da yandırmışam. Bircə anamın məktublarını və dayımın müharibədən göndərdiyi açıqcanı saxlamışam.

Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur like
  • 28 Okt 19:26  
Digərləri Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur

Bakıda son illər "yaşıllıq" adı ilə sürətlə yayılan bir ağ

arrow Ətraflı
Prezident: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək like
  • 28 Okt 19:24  
Siyasət Prezident: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək

Bura, bu bölgə (Zəngilan - red.) çox önəmli nəqliyyat mərkəzlərindən

arrow Ətraflı
İlham Əliyev: Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir like
  • 28 Okt 19:17  
Siyasət İlham Əliyev: Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir

Bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir.

arrow Ətraflı
Bakıda güclü yanğın başladı like
  • 28 Okt 19:14  
Digərləri Bakıda güclü yanğın başladı

Paytaxtın Binəqədi rayonunda güclü yanğın başlayıb.

arrow Ətraflı
İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı like
  • 28 Okt 19:09  
Siyasət İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

İstanbul Baş Prokurorluğu tərəfindən "casusluq" ittihamı ilə a

arrow Ətraflı
İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub like
  • 28 Okt 19:06  
Siyasət İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngi

arrow Ətraflı
Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayırlarmış like
  • 28 Okt 19:05  
Kriminal Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayırlarmış

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəs

arrow Ətraflı
Şiddət görüntülərinə görə saxlanıldı  Foto like
  • 28 Okt 18:49  
Digərləri Şiddət görüntülərinə görə saxlanıldı Foto

Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağl

arrow Ətraflı
Bakının bu qəsəbəsində qaz olmayacaq like
  • 28 Okt 18:45  
Digərləri Bakının bu qəsəbəsində qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvə

arrow Ətraflı
Vüqar Qurbanov ona yüksək vəzifə verdi  FOTO like
  • 28 Okt 18:43  
Digərləri Vüqar Qurbanov ona yüksək vəzifə verdi FOTO

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib.

arrow Ətraflı