“WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb XƏBƏRDARLIQ
Digərləri 29 Okt 2025 14:27:00 87 0
Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində "WhatsApp" istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri artıb.
Bu xəbəri də oxu: Evli ingilislər bu səbəbdən ayrı yataqlarda yatırlar
Bu barədə Son.az-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı halda istifadəçilərin "WhatsApp" hesabları oğurlanır. Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir.
ETX vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
* Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
* Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
* OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
* Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
* Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
* Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
* Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.
Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması i
Bakıda həyat yoldaşını parkda bıçaqlayaraq qətlə yetirməkdə təqsirl
AMEA-da 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı apar
Bakıda 20-dən çox şəxsə qarşı dələduzluq edilib.
Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanı
Foto model və müğənni Müjgan Ayxanın açıqlaması marağa səbəb olub.
Türkiyənin Alanya şəhərində yol qəzasına düşən 27 yaşlı azərbaycan
Prezident İlham Əliyev "Beynəlxalq ticarətdə müəyyən təhlükəli k
Azərbaycanda siqaret çəkənlər və onları işəgötürən müəssələr cə
Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi madd
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.
Bakının mərkəzi küçələrində bir qrup vətəndaşın avtomobillə davran
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-cü illərdə baş ve
Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy g
Türkiyənin məşhur müğənnisi Əmrah uzun fasilədən sonra Bakıda konsert
