Ramiz Mehdiyevin 50 nəfərlik siyahısındakı adlar üzə çıxdı
Digərləri 29 Okt 2025 18:18:00 85 0
Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi "Dövlət Şurası"nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.
Bu xəbəri də oxu: Ramiz Mehdiyevdən sonra İsa Həbibəylinin də fəaliyyət dövrü araşdırılmağa başlanıldı
Ramiz Mehdiyev məktubda qeyd edir ki, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə - fəaliyyətinə nəzarəti 50 üzvdən - təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən - ibarət "Dövlət Şurası" təmin edəcək. Mehdiyevin "Dövlət Şurası"nda təmsil olunacaq 50 nəfəri daha öncədən müəyyənləşdirdiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var.
Son.az xəbər verir ki, Mehdiyevin komandasında yer alacaq 50 nəfərin tam siyahısı hələ məlum olmasa da, "Teleqraf" "Dövlət Şurası"nda yer alacaq müxalifət nümayəndələrindən 2 nəfərin kimliyi haqda məlumat əldə edib.
Mənbənin məlumatına görə, siyahıda yer alan müxalifət düşərgəsindəki şəxslərdən biri AXCP sədri Əli Kərimli, digəri isə Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir. Əli Kərimlinin hələ 90-cı illərin ikinci yarısında - Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət edərək, Ramiz Mehdiyevin "çətiri" altına keçdiyi və uzun illər onun təlimatı ilə fəaliyyət göstərdiyi məlumdur. Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin gündəmdən düşməsi, mitinq və piketlərə son qoyulması da bunu isbat edən əsas məqamlardandır. Çünki Mehdiyev vəzifədə olduğu dövrdə Əli Kərimlinin "ana müxalifət" və "hakimiyyətə təhdid yaradacaq gücə malik olması" haqqında eyforiya yaradılır, mitinq və piketlərlə gündəmdə qalırdı. Mənbə bildirir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında müxalifətin fəaliyyətinin koordinasiya edildiyi gizli əlaqə var idi.
Ramiz Mehdiyev Əli Kərimlini necə idarə edib?
Xəbərə aid video
Bloger Hüseyn Həsənovun yeni paylaşımı gündəm olub. Son.az xəbər ve
Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan
Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus "TURAZ" MMC-yə
Əməkdar artist Zakir Əliyev atasından danışıb kövrəlib.
Xəbər verdiyimiz kimi, Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud q
Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon m
2026-2027-ci tədris ilində lisey və gimnaziyalara qəbul elektron qaydada ke
Türkiyə mediasının gündəmində bu dəfə Samsunun Ladik mahalına yeni tə
Xəbər verdiyimiz kimi, tanınmış aşıq Mübariz Camaloğlu yeni biznesə ba
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə (DTMQ
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Aston Martin 2025-ci ilin
Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin
Hindistanın Maharashtra ştatının Lonavala bölgəsində yerləşən bir şə
