İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
Siyasət 29 Okt 2025 18:46:00 74 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.
Bu xəbəri də oxu: Ombudsman saxlanılan azərbaycanlılara görə hərəkətə keçdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirdi.
Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu dedi.
Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğuladı. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd etdi.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi.
Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulandı, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Son.az
Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov bu dəfə d
Xalq artisti Şahnaz Haşımova bu gün Gəncə Beynəlxalq Xəstəxanasından e
Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbə
Bloger Hüseyn Həsənovun yeni paylaşımı gündəm olub. Son.az xəbər ve
Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan
Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus "TURAZ" MMC-yə
Əməkdar artist Zakir Əliyev atasından danışıb kövrəlib.
Xəbər verdiyimiz kimi, Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud q
Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon m
2026-2027-ci tədris ilində lisey və gimnaziyalara qəbul elektron qaydada ke
Türkiyə mediasının gündəmində bu dəfə Samsunun Ladik mahalına yeni tə
Xəbər verdiyimiz kimi, tanınmış aşıq Mübariz Camaloğlu yeni biznesə ba
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə (DTMQ
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
