Toydakı davanın səbəbi bilindi Anaya görə oğlunu döydülər
Digərləri 30 Okt 2025 10:05:00 67 0
Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Kərim Fərəczadə, Tahir Malikov, Əjdər Cabbarov və Pənah Cabbarovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Yağıntılı hava nə vaxtadək davam edəcək?
Son.az xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Qərara əsasən, Kərim Fərəczadə 3 il 5 ay 26 gün, Tahir Malikov 11 ay 26 gün, Əjdər Cabbarov 1 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Pənah Cabbarov isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası alıb.
İttihama görə, hadisə bu ilin 18 mayında Astaranın Çayoba kəndində yerləşən restoranda keçirilən toy zamanı baş verib.
Belə ki, Kərim Fərəczadə tanışı, zərərçəkmiş Habil Yusifovun anasının onların barəsində xoşagəlməz ifadələr işlətdiyini eşidib. Kərim bu məsələni aydınlaşdırmaq məqsədilə Habili restoranın həyətinə çağırıb.
Tərəflər arasında yaranan mübahisə nəticəsində Kərim Fərəczadə və onun tanışları Habil Yusifova zor tətbiq edərək ictimai qaydanı kobud şəkildə pozublar.
Hadisə zamanı zərərçəkmiş Habil Yusifovun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirilib. Ətrafdakı şəxslərin müdaxiləsi ilə tərəflər ayrıldıqdan sonra da münaqişə davam edib.
İstintaq başa çatdıqdan sonra təqsirləndirilən şəxslər saxlanılıb və barələrində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib./Pravda.az
Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda "Bakıya Uçuş. İncəsənə
Lənkəranda bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlı
Bahalı həyat tərzi ilə diqqət çəkən azərbaycanlı məşhurlar bəzən y
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün fəxri
Xəbər verdiyimiz kimi, Astarada 17 yaşlı gəlin toyundan bir gün sonra vəf
Yağışlı hava şəraitində avtomobil idarə etmək buz və ya qar üzərind
Bəzi bürclər üçün bu mövsüm bir dönüş nöqtəsi olacaq - sınaqlar, a
lkə ərazisində yağıntılı və küləkli hava davam edir
Bakıda "AZZA" mağazasından alınan məhsullarla bağlı vətəndaş
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Nə bağa, nə torpağa ehtiyac var... Sadəcə bir dəfə dibçəyə əkərək
Soyuq havaların başlaması ilə birlikdə həm temperatur aşağı düşür, h
Arıqlamaq prosesi çox vaxt çətin və yorucu görünə bilər. Lakin düzgün
Həkimlər bildirirlər ki, balıq orqanizm üçün ən vacib zülal və omeqa-3
Yeni elmi araşdırma göstərib ki, diş itkisi yalnız estetik problem deyil,
