Evlilər subaylardan daha xoşbəxt imiş Araşdırma
Digərləri 30 Okt 2025 19:00:00 97 0
Alimlər evliliyin insanın xoşbəxtlik səviyyəsinə necə təsir etdiyini araşdırıblar.
Bu xəbəri də oxu: Yağıntılı hava nə vaxtadək davam edəcək?
Son.az xəbər verir ki, araşdırma "Personal Relationships" jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində ABŞ-da keçirilən Midlife in the U.S. (MIDUS) və Yaponiyada aparılan Midlife in Japan (MIDJA) adlı iki genişmiqyaslı sorğunun nəticələri təhlil edilib. Ümumilikdə 30 yaşdan yuxarı 4746 nəfər iştirak edib. Məlumat bazasına evli və subay şəxslər daxil edilib, vətəndaş və ya romantik münasibətdə olanlar isə araşdırmadan çıxarılıb.
İştirakçılar əvvəlcə ailə dəstəyinin səviyyəsini və münasibətlərdəki gərginliyi qiymətləndiriblər. Bir neçə il sonra keçirilən ikinci mərhələdə isə onlar öz fiziki sağlamlıqları və həyat məmnuniyyətləri barədə məlumat veriblər.
Nəticələr göstərib ki, həm ABŞ-də, həm də Yaponiyada subay şəxslərin sağlamlıq və həyat məmnuniyyəti göstəriciləri evlilərlə müqayisədə daha aşağıdır. Alimlər bunu əvvəlki tədqiqatların nəticələri ilə uyğun hesab edirlər, çünki bir çox araşdırmalarda da nikahın ümumi rifah səviyyəsinə müsbət təsir göstərdiyi sübut olunub.
Sinqapur İdarəetmə Universitetinin alimi Lester Sim bildirib ki, sosial normalar hələ də insanların nikaha və təkliyə münasibətini formalaşdırır. Onun sözlərinə görə, tək yaşayanlar həm ABŞ-da, həm də Yaponiyada ailə dəstəyinin azlığı və münasibətlərdəki gərginlik səbəbindən özlərini daha az xoşbəxt hiss edirlər.
İsmayıl Son.az
"Öz balalarınızı küçələrdən yığın"
Rusiyaya məxsus kamikadze tipli pilotsuz uçuş aparatı yaşayış binasını
Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerl
Azərbaycan Milli İncəsənət Muzeyi və Meksikanın Azərbaycandakı Səfirli
Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan
Göygöldə silahlı şəxslər tərəfindən bir müddət əvvəl fermadan oğu
Türkiyədə baş verən inanılmaz hadisə ictimaiyyətdə böyük rezonans yar
Hazırda Bakıda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus məşhur
Sosial şəbəkələri bəziləri əyləncə, bəziləri ünsiyyət üçün, dig
Bu günə qədər taksi sürücüsü olmaq istəyən 169 qadın Rəqəmsal İnki
Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ prezident D
Türkiyəli müğənni Seda Sayan oğlu Oğulcan Engin və onun sevgilisi, aktri
