Temperatur düşəcək, buludlu günlər olacaq Noyabrın havası


Digərləri 31 Okt 2025 16:55:00 94 0

Temperatur düşəcək, buludlu günlər olacaq  Noyabrın havası

Noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enir.

Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bu il noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə 24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 28-38 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə, bəzi günlərdə 0 dərəcəyədək isti, gündüzlər 10-15 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3 şaxta, gündüzlər 7-12 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 27-34 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-6 dərəcə isti, bəzi günlərdə 4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-35 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 15-24 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə, gündüzlər 8-13 dərəcə, bəzi günlərdə 15-20 dərəcə, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 5 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə, gündüzlər 13-18 dərəcə, bəzi günlərdə 23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 25-45 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, gündüzlər 13-18 dərəcə, bəzi günlərdə 22 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).

Yaddaşı gücləndirən 8 əsas vitamin:Beynin qocalmasının qarşısını alırlar like
  • 31 Okt 16:52  
Digərləri Yaddaşı gücləndirən 8 əsas vitamin:Beynin qocalmasının qarşısını alırlar

Yeni araşdırmalar beynin qocalma prosesinin 40 yaşdan etibarən başladığı

arrow Ətraflı
78 nəfərin ölümünə səbəb olan həmin hotelin sahibi ömürlük həbs edildi like
  • 31 Okt 16:39  
Digərləri 78 nəfərin ölümünə səbəb olan həmin hotelin sahibi ömürlük həbs edildi

Bu ilin yanvar ayında Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mə

arrow Ətraflı
Əhalisinin 92 faizi müsəlmandır  Hicab qadağa edildi like
  • 31 Okt 16:24  
Dünya Əhalisinin 92 faizi müsəlmandır Hicab qadağa edildi

Əhalisinin 92 faizi müsəlman olan Kosovada məktəblərdə hicab taxılmasın

arrow Ətraflı
Meyitdən 19 yaşlı gəncə ürək transplantasiya edildi  Azərbaycanda ilk like
  • 31 Okt 16:19  
Digərləri Meyitdən 19 yaşlı gəncə ürək transplantasiya edildi Azərbaycanda ilk

Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilib.

arrow Ətraflı
Sevgilisi Sevim Ərdoğanı soydu: " İçki içdik, huşumu itirdim..." like
  • 31 Okt 16:00  
Şou-biznes Sevgilisi Sevim Ərdoğanı soydu: " İçki içdik, huşumu itirdim..."

Türkiyənin reytinqli serialı "Kızılcık Şerbeti"nin "Leman

arrow Ətraflı
Ermənistanda əməliyyat başladı  Yüksək rütbəli hərbçilər HƏBS EDİLDİ like
  • 31 Okt 15:51  
Dünya Ermənistanda əməliyyat başladı Yüksək rütbəli hərbçilər HƏBS EDİLDİ

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları gecə saatlarınd

arrow Ətraflı
Prezident fərman imzaladı like
  • 31 Okt 15:48  
Siyasət Prezident fərman imzaladı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnaməsinə dəyişiklik e

arrow Ətraflı
Bu marşruta yeni avtobuslar verildi like
  • 31 Okt 15:44  
Digərləri Bu marşruta yeni avtobuslar verildi

Paytaxtda 53 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu avto

arrow Ətraflı
Əli Həsənov Türkiyəyə köçüb?  Açıqlama like
  • 31 Okt 15:26  
Digərləri Əli Həsənov Türkiyəyə köçüb? Açıqlama

PA-nın sabiq şöbə müdiri Əli Həsənovun Türkiyəyə köçməsinə dair m

arrow Ətraflı
Şəbnəm “sildim” dediyi atası ilə BARIŞDI like
  • 31 Okt 15:15  
Şou-biznes Şəbnəm “sildim” dediyi atası ilə BARIŞDI

Müğənni Şəbnəm Tovuzlu uzun müddət küsülü olduğu doğma atası ilə

arrow Ətraflı
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir like
  • 31 Okt 15:07  
Siyasət Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir

Oktyabrın 31-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətə

arrow Ətraflı
DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI like
  • 31 Okt 15:06  
Digərləri DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI

Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyy

arrow Ətraflı
Sevgi qapılarınızı döyür  Noyabrda eşqi tapacaq 4 BÜRC like
  • 31 Okt 15:00  
Digərləri Sevgi qapılarınızı döyür Noyabrda eşqi tapacaq 4 BÜRC

Noyabr ayı duyğuların canlandığı, ürəklərin bir az daha sürətli döy

arrow Ətraflı