Prezident: Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir
Siyasət 01 Noy 2025 11:12:00 77 0
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Abdelmacid Tebbunu və Əlcəzair xalqını təbrik edib.
Bu xəbəri də oxu: İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
Son.az xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: "Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir".
"Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm", - deyə məktubda bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasın
Həkim qulaq təmizləməyin məşhur üsulunun təhlükəli olduğunu bildirib.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti R
"TikTok"da saxta elanlar paylaşaraq vətəndaşları aldadan şəxs s
Türkiyəli müğənni Murad Dalkılıç növbəti dəfə burun əməliyyatına
Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahid
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
ARB TV-də yayımlanan "Günə Bax" verilişinin adından istifadə ed
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Astroloqların fikrincə, bəzi bürc qadınlarında xüsusi bir enerji, cazibə
Cənubi Qafqaz artıq keçmişin inersiyasından çıxaraq dərin transformasiya
Balıkəsirdə Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
Paytaxtın 235 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Fərizə Səf
