Asiyanın ən zəngin ailəsi 20 avtomobillik karvanla Dubayda gəzir
Digərləri 01 Noy 2025 15:49:00 81 0
Asiyanın ən varlı ailələrindən olan Ambani ailəsi Dubayda 20 avtomobildən ibarət möhtəşəm karvanla səyahət edərkən böyük təəssürat yaradıb.
Bu xəbəri də oxu: Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas olundu
Son.az xəbər verir ki, hindistanlı milyarder, "Reliance Industries" şirkətinin sahibi Mukeş Ambaninin ailəsinin şəhər boyunca hərəkəti zamanı çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.
Məlumata görə, karvanın tərkibində Rolls-Royce Cullinan, Bentley Bentayga, Mercedes-Maybach kimi bahalı avtomobillər yer alıb. Təhlükəsizlik məqsədilə konvoyda "bomb-proof" (partlayışa davamlı) avtomobillərin də olduğu bildirilir.
Ailənin kiçik oğlu Anant Ambaninin Dubayda alış-veriş mərkəzlərini ziyarət etdiyi zaman müşayiət olunduğu bu karvanın dəyərinin on milyonlarla dollar olduğu iddia olunur.
Lüks avtomobillərdən ibarət karvan Dubay küçələrində hərəkət edərkən sakinlər və turistlər tərəfindən videoya çəkilib. Həmin görüntülər "TikTok", "Instagram" və "X" kimi platformalarda milyonlarla baxış toplayıb.
Sosial mediada istifadəçilərin bəziləri Ambani ailəsinin zənginliyinə heyranlıqlarını ifadə etsələr də, digərləri bu nümayişi "həddindən artıq təmtəraqlı" adlandırıblar.
Qeyd edək ki, Mukeş Ambani hazırda Asiyanın ən zəngin insanı sayılır və sərvətinin 120 milyard dollardan çox olduğu bildirilir.
Musa Son.az
Yubiley modeli "Apple" tarixində ən radikal dizayn dəyişikliyi ola
Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına M
Müğənni Vəfa Şərifova paytaxtın istirahət məkanlarının birindən gör
Rusiyada xüsusi təyinatlı qüvvələr "Giya Sverdlovski" kimi tanı
Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə s
"Google" şirkətinin apardığı araşdırma Android əməliyyat sist
Meyxanaçı Zarina qalmaqallı açıqlaması ilə diqqət çəkdi.
2025-ci ilin noyabr ayı bəzi bürclər üçün dərin emosional dəyişiklikl
Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını i
Məşhur model Adriana Limanın son paylaşımı sosial mediada böyük səs-kü
Moskva neyrocərrahları nadir rast gəlinən onurğa beyni şişi olan xəstən
Metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləc
Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" layihəsinin münsif hey
Türk kinosunun unudulmaz simalarından biri Yeşilçam aktyoru Engin Çağlar
Azərbaycan ərazisində noyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanı
