Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum etdi 2 ölü, 2 yaralı
Dünya 02 Noy 2025 15:41:00 91 0
Türkiyənin Zonguldak vilayətinin Çaycuma rayonunda faciəli hadisə baş verib. Psixoloji problemləri səbəbindən polislikdən vaxtından əvvəl təqaüdə çıxan 42 yaşlı Okan Ö. kənd kafesinə silahlı hücum edərək iki nəfəri öldürüb, iki nəfəri isə yaralayıb.
Bu xəbəri də oxu: Şahzadənin qızları diqqət mərkəzində
Son.az-ın CNN Türk-ə istinadla verdiyi məlumata görə, hadisə gecə saatlarında Çaycumanın Çoburlar kəndində qeydə alınıb. İddialara əsasən, keçmiş polis əməkdaşı Okan Ö. kənd kafesinə daxil olaraq ov tüfəngi ilə oradakı insanlara atəş açıb və daha sonra öz avtomobili ilə hadisə yerindən uzaqlaşıb.
Atəş nəticəsində Kasım Özcan (59 yaş) və Aydın Özbakış (37 yaş) həyatını itiriblər, Gökhan G. və Hüseyin G. isə yaralanıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Çaycuma Dövlət Xəstəxanasına çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra bölgəyə jandarma və təcili yardım qüvvələri göndərilib. Qaçan şübhəlini yaxalamaq üçün əməliyyat başlanıb. Lakin Okan Ö. daha sonra öz istəyilə Çaycuma Məhkəməsinə gələrək tanıdığı polis əməkdaşına təslim olub.
Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
İranın iradəsi nüvə sənayesini inkişaf etdirməklə nüvə silahını dü
"Uşaq yaşlarımdan həkim olmaq istəyirdim. Arzum idi ki, stomatoloq olu
Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs
Yüksək qan təzyiqi çox vaxt özünü heç bir simptomla göstərmir, lakin u
Rusiya hökuməti yüksək vəzifəli şəxslərin Apple cihazlarından istifad
Ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində t
İnsan ruhu zaman-zaman qaranlığa bürünür. Daxili boşluqlar, keçmişin a
Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyi) "Hav
"Türkiyə, Azərbaycan və Ermənistan eyni istiqamətə yönəlir".
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Zavod səhvən fəhlənin hesabına 7 milyon köçürdü – işçi nömrəsini
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağ
