Yağıntılı hava ilə bağlı sürücülərə MÜRACİƏT
Digərləri 03 Noy 2025 09:15:00 86 0
Yağıntılı havalarda yola çıxmazdan əvvəl avtomobilin sazlığını yoxlayın.
Bu xəbəri də oxu: Ermənistanda baş vermiş zəlzələ Gürcüstanda hiss edildi
Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.
Bildirilib ki, yağıntılı hava şəraitində texniki nasaz nəqliyyat vasitəsi ilə hərəkət etmək paytaxt yollarında hərəkət intensivliyinə təsir göstərir. Belə havada nasaz avtomobillərin yolda qalması süni sıxlıqların yaranmasına gətirib çıxarır. Nəticədə də digər nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranır, eyni zamanda qəza riski artır.
Mərkəz sürücülərə yola çıxmazdan əvvəl avtomobillərinin texniki vəziyyətini yoxlamalarını tövsiyə edir. Xüsusilə, təkərlərin vəziyyəti, əyləc sistemi, şüşə silənlərin işlək olması, həmçinin işıq sisteminin düzgün işləməsi önəmlidir.
Yağıntılı havalarda sürücülərin ehtiyatlı davranması, sürət həddinə və məsafəyə riayət etməsi, eləcə də nasazlıq baş verdikdə avtomobili yolun kənarına çəkməsi vacibdir. Bu, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.
Səudiyyə Ərəbistanı Liqasının 7-ci turunda "Qarabağ"ın sabiq
2025-ci ilin noyabrı maliyyə kəşfləri və xoş sürprizlər ayı olacağın
Almaniyada bəzi bölgələrdə şirniyyatlara az miqdarda duz əlavə etmək ad
Bu gün bir çox insanın ortaq vərdişi var: noutbuku gün boyu adapterə qoş
Qanda qlükoza səviyyəsinin yüksəlməsi, xüsusilə də ilk dəfə kəskin m
Əksər insanlar göz səyirməsini sadəcə yorğunluq və yuxu çatışmazlı
Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, prostat xərçəngi kişilər a
İdmançılar üçün qəfil yaranan əzələ spazmları, yəni məşqlə əlaq
Beynəlxalq alimlər qrupunun apardığı yeni araşdırma göstərib: artıq t
Malatyada bir xəstə təxminən bir il yarım davam edən öskürək problemi s
Yumşaq xəmiri və ləzzətli kremi ilə süfrələrin sevimlisi olan rulet tor
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ermənistanda katolikos II Qareginin qardaşı Gevorq Nersisyan və qardaşı o
