Xalq artistinin kürəkəni HƏBS OLUNA BİLƏR: İş polisdədir DETALLAR
Digərləri 03 Noy 2025 14:18:00 89 0
Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduzluğa məruz qaldıqlarını bildirən şəxslər bu barədə mediaya müraciət ediblər.
Bu xəbəri də oxu: Əsgərlərin maaşı ilə bağlı yenilik
Söhbət mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Qasımzadə Rüfət Mirzəcan oğlundan gedir.
Son.az xəbər verir ki, bu barədə oxu24.com-a müraciət edən vətəndaş Mahmudbəyli Elşən Rafael oğlu bildirib.
Onun sözlərinə görə,tanışı Cəfərov Mirəli Elşən oğlunun vasitəsi ilə bu şəxsi və onunla əlaqəli digərlərini tanıyıb.
Fotoda şikayətçi Elşən Mahmudbəylidir
"Dostum Mirəli mənə dedi ki,bu adamlar yaxşı iş görürlər.Sən də onlara iş üçün pul verib,daha yaxşı qazanc əldə edə bilərsən.Maraqlandıqda öyrəndim ki,Rüfət və adamları qızıl işi ilə məşğul olurlar.Mən də inandım. Bu işi Qasımlı Boran Fazil oğlu,Qasımlı Sahil Fazil oğlu,Qasımzadə Rüfət Mirzəcan oğlu və onların kuryerliyini edən Məmmədzadə Məmməd İmran oğlu birlikdə görürürlər.İlkin olaraq 2024-cü ilin may ayında 45 min ABŞ dolları pul vermişəm.Həmin məbləği Məmmədin vasitəsi ilə şəxsən özüm Rüfət Qasımzadəyə göndərdim.Rüfət mənə dedi ki,bu məbləğə qızıl alacaq və mənim də qurulacaq işdən qazancım olacaq.
Qeyd olunan qazanc 200 min dollara çatdığı halda yeni qızıl mağazası açılacaq və həmin mağaza mənə məxsus olacaq.Sən demə,bu yolla Rüfət və komandası piramida qururlarmış.Onlar insanları aldatmaqla tora salırlarmış.Çirkin niyyətlərini davam etdirmək məqsədi ilə ilk zamanlar qazanc adı ilə adamları şirnikləndirmək üçün bir qədər pul qaytarırlarmış.
Bu yolla onlar daha çox pul ələ keçirmək və haram yolla varlanmaq istəyiblər.Üstündən bir müddət keçdikdən sonra Rüfət mənə aylıq olaraq 3000 dollar pul ödəməyə başladı.7 ay bu məbləği ödədikdən sonra yenidən məndən pul istədi. Mən də inanıb,bu dəfə ona 10 min dollar pul verdim.Rüfət məni inandırdı ki,bu pullara yeni qızıllar alacaq və mənim də mənfəətimi qaytaracaq.Bir müddət keçdikdən sonra Rüfətdən səs çıxmadı.Daha sonra aldadıldığımı başa düşdüm.Hüquq Mühafizə Orqanlarına şikayətlər etdim",-deyə dələduzluğa məruz qaldığını bildirən şəxs qeyd edib.
Şikayətçinin sözlərinə görə, Rüfət Qasımzadə onun və başqalarının pulları hesabına Türkiyənin İstanbul şəhərində özünə obyekt icarəyə götürüb və qazanc əldə edir.
"Aldadıldığımı başa düşdükdən sonra Rüfətin işini araşdırmağa başladım. Məlum oldu ki,İstanbulda ticarət mərkəzinin daxilində restoran icarəyə götürüb,işlədir. Bu gün mənə onun vurduğu ziyan 52 min dollardır. Şikayət etdikdən sonra Bakıdan çıxışına "stop" qoyulub.İş hazırda Yasamal Rayon Polis İdarəsində müstəntiq Sərxan Ramazanovun icraatındadır.
Məsələdə adı hallanan Sahil Qasımlı.Hazırda ABŞ-də yaşayır.
Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni
Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəng
Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı
Mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zən
Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar.
Cənubi Koreyanın paytaxtı Seulda texnologiya və avtomobil sənayesinin üç
Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya
Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili mə
ABŞ-nin prezidenti Donald Tramp nüvə silahlarının sayına dair qalmaqallı
Yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya
Bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurum
Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırd
Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd
Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox art
