Evlərini, Novxanıdakı villasını, avtomobillərini satdı
Digərləri 03 Noy 2025 17:27:00 66 0
Adı son günlər Ramiz Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat, hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir.
Bu xəbəri də oxu: Gözünüz səyriyirsə diqqətli olun
Bundan öncə Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat verilmişdi.
Son.az xəbər verir ki, oxu24.com-un özəl mənbədən əldə etdiyi xəbərə görə, Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb. 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb.
Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, "20 Yanvar" metrosu ətrafında yerləşən kafesini, "MAİN" Yaşayış Kompleksində beş ədəd 2 və 3 otaqlı mənzilləri, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində - keçmiş "Tramvay Parkı"nın yerində yerləşən özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.
Xatırladaq ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.
Bu gün Günəşdə rentgen diapazonunda M5.0 və M1.6 gücündə iki partlayı
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Mədə
Yeni bir araşdırma iqlim böhranının növbəti əsrdə dünya xəritəsini d
27-29 oktyabr tarixlərində İsmayıllı rayonunda Heydər Əliyev Fondunun vit
"Komedixana"nın aktrisasının görüntüsü marağa səbəb olub.
Qəbələ Konserv Zavoduna məxsus "Natura" şirəsinin içərisindən
Yəni, ili 2019-cu ildən aşağı olan maşınları ölkəyə gətirmək baha b
Gülnarə Xəlilovanın "Miniatürlər" və "Şəbəkə" adl
Növbəti il Azərbaycanda Aİ-95 markalı avtomobil benzini istehsalı planlaş
Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Səbail rayonu ərazisində tan
Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittiham
Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xi
Yevlax rayonunun Salahlı kəndində yerləşən Bəylər Əiyev adına tam orta
