DYP 2 gəncin öldüyü yol qəzası barədə məlumat yaydı VİDEO FOTO
Digərləri 04 Noy 2025 11:15:00 94 0
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Göygöldə 2 gəncin öldüyü, 2-nin yaralandığı yol qəzası barədə məlumat və görüntü yayıb.
Bu xəbəri də oxu: Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən xəbərdarlıq
Son.az xəbər verir ki, idarənin şöbə rəisi, Rövşən Tağıyev deyib ki, noyabrın 2-də saat 23:40 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 371-ci kilometrində 27 yaşlı Elvin Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək yolun sağ kənarındakı dəmir səddə çırpılıb və aşıb.
Nəticədə sürücü Elvin Məmmədov və avtomobildə olan 16 yaşlı İsmət Əliyev hadisə yerindəcə həyatını itirib, digər iki sərnişin - Sanan və Tunar isə ağır xəsarətlər alıb: "Qəza anından əvvəl sərnişinlərdən biri sürücünü ehtiyatlı olmağa çağırıb. Deyib ki, ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür! Bu cümlə bir xəbərdarlıq idi, amma təəssüf ki, eşidilmədi. Və nəticədə bir neçə ailənin həyatı alt-üst oldu. Sükan arxasında edilən bir anlıq səhv bəzən bir ömrü deyil, bir neçə həyatı yarıda qoyur. Həyat heç bir 'cəsarət nümayişi' və ya 'bacarıq sınağı' üçün qurban verilə bilməz".
R. Tağıyev əlavə edib ki, bu cür hadisələr bir daha göstərir ki, yol nə zarafat yeri, nə də cəsarət meydanıdır: "Hər kilometrin sonunda həyat dayanır - ya sağ, ya da itirilmiş halda. Heç bir sürət həyəcanı bir gəncin gülümsəməsinə əvəz etməz, heç bir 'mən bacarıram' sözü bir ananın göz yaşını silə bilməz".
Şöbə rəisi bir daha sürücülərə xatırladıb ki, sükan arxasında məsuliyyətli olsunlar, sürət həddini aşmasınlar, təhlükəsiz məsafəni qoruyub, hər zaman ehtiyatla hərəkət etsinlər.
Müğənni Aysun İsmayılova keçmiş ərindən danışıb.
2026-cı ildə Prezident təqaüdlərinin maliyyələşdirilməsi üçün 2 144
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC üzrə dövlət v
Qaradağ Rayon İcra Hakimiyyətində Korrupsiyaya qarşı Mübarizə Baş İdar
Tamstore marketlər şəbəkəsi 5-9 noyabr tarixi aralığında "5 gün, 5
"Bakı Metropoliteni" QSC xidmət keyfiyyətinin artırılması məqs
Bakı sakini ailəsində baş verən qalmaqallı hadisə ilə bağlı bloqer Nai
Qusar Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rahib Yusifovun (
Türkiyənin Mudurnu rayonunda dabaq xəstəliyi aşkarlanıb.
Tanınmış aparıcı Angelynn Mock anasını qətlə yetirməkdə ittiham olunu
Ötən həftə sosial şəbəkələrdə qulaq-burun-boğaz (lor) həkimi və est
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Qazaxıstanın Mangistau vilayətinin ekologiya departamentinin əməkdaşları
