Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib FOTO
Digərləri 04 Noy 2025 15:12:00 89 0
Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların icitimai birliklərinin üzvləri ilə görüş keçirilib.
Bu xəbəri də oxu: Dövlətə xəyanətdə təqsirləndirilənin işi başladı Bakı Hərbi Məhkəməsində
"Ədliyyə sahəsində həyata keçirilən institusional və qanunvericilik yeniliklərinin sahibkarlığın inkişafına təsiri, eləcə də hüququn aliliyinin qorunması və ölkənin davamlı inkişafındakı rolu" mövzusuna həsr olunmuş tədbirdə 20-yə yaxın biznes assosiasiyanın təmsilçiləri və sahibkarlar iştirak ediblər.
Görüşün məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin fəaliyyətinə dəstəyin artırılması və ölkəmizdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək olub.
Tədbirdə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədliyyə sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması istiqamətində son illər ərzində Nazirliyin fəaliyyət istiqamətləri üzrə qanunvericilik və institusional tədbirlərin həyata keçirilməsi barədə danışıb. Nazir dövlət-özəl tərəfdaşlığının müxtəlif sahələrin inkişafında mühüm rol oynadığını, xüsusən də özəl sektor tərəfindən irəli sürülən təklif və təşəbbüslərin nazirliyin fəaliyyət istiqamətləri üzrə aparılan islahatlara mühüm töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, həyata keçirilən hüquqi və institusional tədbirlərdə sahibkarların da yaxından iştirakı qarşıya qoyulan hədəflərə nail olmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət ed
1992-ci ildə ABŞ dövlət katibi Sayrus Vens Azərbaycana gəldi. Onu helikopt
Son günlər "WhatsApp" istifadəçilərinin hesablarına icazəsiz gi
"3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik
Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və
Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli
"SOCAR-da hərc-mərclik də, qeyri-səmərəlilik də var idi. Hansı arqu
Son.az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:
Paytaxtın Xətai rayonu Gəncə prospektində çoxmərtəbəli binaların bəzi
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdar
Xankəndidə küçələrdən birinə Osmanlı imperiyasının tanınmış sərk
"WhatsApp"ın çoxdan gözlənilən "istifadəçi adı" funk
Bu gün, saat 05:50-də Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində yo
Xəbər verdiyimiz kimi, bir müddətdir narkotik aludəçiliyindən əziyyət
