Hakim Rasim Sadıxov işdən çıxarıldı FOTO
Digərləri 04 Noy 2025 22:05:00 57 0
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxov təqaüdə göndərilir.
Bu xəbəri də oxu: Binaların qarşısında cərimələnən sakinlər narazılıq edir
Son.az e-huquq.az-a istinadən xəbər verir ki, R.Sadıxov bu gün son hökmünü oxuyub.
Belə ki, hökmə əsasən, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlərin yaşı və səhhəti nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, onlara 5 il sınaq müddəti seçilməklə şərti cəza təyin edilib.
Yaş həddi ilə əlaqədar artıq R.Sadıxovun icraatına yeni cinayət işləri verilmir. Hazırda onun daxil olduğu məhkəmə tərkibinin araşdırdığı son işlər yekunlaşdıqdan R.Sadıxovun hakimlik fəaliyyətinə son qoyulacaq.
Qeyd edək ki, R.Sadıxov 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. O, bir çox səs-küylü cinayət işlərini araşdırıb.
Uzunmüddətli öskürək ağciyər xərçənginin əlaməti ola bilər.
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionla
Biləcəridə ağır yol qəzası baş verib. Son.az xəbər verir ki, 202 s
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Va
ABŞ-də yerləşən Con Hopkins Tibb Mərkəzinin alimləri beynin zədələnm
Göygöldə baş verən dəhşətli yol qəzası zamanı həlak olan 16 yaşl
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
Gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (
Meyxanaçı Namiq Məna həmkarı Namiq Qaraçuxurlu ilə bağlı açıqlamasıy
Avtomobil sahəsində tanınmış britaniyalı "WhatCar" jurnalı ən
Çinli alimlərin apardığı yeni araşdırma hazır qəhvənin ciddi sağlaml
Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci
Sabah nasos stansiyasının kollektorunda aparılacaq yenidənqurma işləri il
