Enerji içkiləri zərərlidirsə, niyə satılır? AÇIQLAMA
Digərləri 05 Noy 2025 12:24:00 77 0
Enerji içkilərin insanlara zərərləri tez-tez müzakirə olunan məsələlərdən biridir. Son illərdə xüsusilə gənclər və yeniyetmələr arasında sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu içkilər bəzən enerji verməsi və yorğunluğu azaltması ilə təbliğ edilsə də, onların tərkibində olan maddələr orqanizmə müxtəlif mənfi təsirlər göstərə bilər. Belə ki, enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə mənfi təsir göstərir. Onlar şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərə səbəb ola və qocalmanı sürətləndirə bilər.
Bu xəbəri də oxu: Soyuqlar gəldi, qazın təzyiqi artmaqdan azaldı SƏBƏB
Bəs, sözügedən içkilərin zərərlərinə baxmayaraq, uşaqlara belə satılması nə dərəcədə doğrudur?
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Son.az-a açıqlamasında bildiri ki, energetik içkilərin etiketlərində bütün məlumatlar qeyd olunub.
E.Hüseynovun sözlərinə görə, istehsalçılar açıq şəkildə bildirirlər ki, bu içkilər zəif orqanizmlərə, xəstələrə və xüsusilə azyaşlı uşaqlara mənfi təsir göstərir:
"Əgər hər hansı məhsul zəif və xəstə insanlara zərərlidirsə, onun sağlam insanlara faydalı olacağı da şübhə doğurur".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə mühüm addım atdığını qeyd edən həmsöhbətimiz əlavə edib ki, təxminən 4 il əvvəl energetik içkilərin yerli istehsalı və xaricdən idxalı üçün standart qəbul edilib:
"Həmin standart tərkibində asılılıq yaradan maddələrin miqdarının minimuma endirilməsini tələb edir və bu gün bazarda olan energetik içkilər həmin qaydalara uyğun istehsal və idxal olunur".
Bununla belə nəzərə çatdırıb ki, bu içkiləri tam qadağan etmək də doğru olmaz. İzah edib ki, bazar tələb-təklif qanunu ilə işləyir:
"Qadağa tətbiq olunsa, bu, yalnız qaçaqmalçılığın artmasına səbəb ola bilər. Lakin məktəblər, valideyn komitələri və ailələr bu məsələyə daha ciddi yanaşmalı, uşaqların energetik içkilərdən maksimum dərəcədə uzaq durması üçün maarifləndirici iş aparmalıdırlar". Mina Mikayılova Son.az
Əməkdar artist Bəsdi Bəkirovanın şəxsi otel sahibi olduğu üzə çıxıb
Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesin
Gürcüstanda kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb, xüsusi əm
Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisin
"Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 m
ABŞ-da 19 ildir uşaq sahibi ola bilməyən cütlük Kolumbiya Universitetinin
Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər e
Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşlar
Dövlət Vergi Xidmətinin saytında problem yaranıb.
İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb K
Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0 milyo
Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dö
Bakıda, Suraxanı rayonunda ağır yol qəzası baş verib.
