Əzizə həmin gün tədbirə gedirmiş... İki il sonra həbs olundu
Digərləri 19 Mar 2025 17:15:00 348 0
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi Əzizə Əsgərovanın ölümünə səbəb olmuş taksi sürücüsünə hökm oxunub.
Bu xəbəri də oxu: Müəllim tiktoka görə işdən qovuldu
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, ADPU-nun "Tarix və coğrafiya fakültəsi" tarix müəllimliyi fakültəsinin 1-ci kurs tələbəsi olan Əzizə həmin gün yoldaşları ilə birgə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən Gənclər Mərkəzindəki tədbirə gedibmiş. Hadisə də o, Mərkəzin önündə yolu keçərkən olub.
Sürücü bildirib ki, 2023-cü ilin noyabrında baş vermiş hadisə vaxtı yolun kənarına çoxlu tələbə yığılıbmış və onlara tərəf baxdıqda fikri bir anlıq yayınıb. Nəticədə o, idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 17 yaşlı Əzizəni vurub.
Təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, hər iki valideynini itirməsi, uzun müddətdir ailəli olmasına baxmayaraq, övladının olmaması yüngülləşdirici hal kimi dəyərləndirilsin.
Mərhum tələbənin atası Qalib Əsgərov isə sürücüyə ədalətli cəza verilməsini tələb edib: "İki ilə yaxındır ki, təqsirləndirilən şəxs və onun vəkili məhkəmə proseslərini uzatmaqla onun cəzadan yayındırılmasına çalışırlar. Qızımın vəfat etməsi bizi dərindən sarsıdıb. Sürücüdən şikayətçiyik və onun barəsində qanuni tədbirin görülməsini xahiş edirik".
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü E.Səfərova 5 il 3 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb. Cəza müddətindən sonra E.Səfərovun sürücülük hüququ əlavə 2 il müddətə məhdudlaşdırılıb.
Prezident İlham Əliyev Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcə
Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs günü
Azərbaycanda 21 yaşına çatmış şəxslər odlu silah əldə edə biləcəkl
İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 5 332-dən 5 402-yə
İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və cinayət a
19 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollar
HUAWEI nova 13 və HUAWEI nova 13i ilə Gələcəyin Dizaynı
Türkiyəli iş adamı Acun Ilıcalı həyat yoldaşı Ayça Çağla Altunkaya i
Sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun olaraq, müəllimlərin
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuların
Bu sadə və effektiv metod pəncərələrdəki küfdən uzun müddət qurtulma
VTB (Azərbaycan) ilə Rusiyadan asanlıqla pul köçürün
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ lideri Donald Trampla telefon
Martın 19-u saat 14:00-a olan faktiki hava açıqlanıb.
