Azərbaycanda Dövlət Bayrağı Günüdür
Digərləri 09 Noy 2025 00:02:00 75 0
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Bu xəbəri də oxu: Günün qoroskopu: nadir bir gündür...
Son.az-ın məlumatına görə, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.
Sərəncama görə, həmin fakt nəzərə alınaraq, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib.
Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilir:
"Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir".
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb.
2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib.
Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıq, eni 36 metr, uzunluğu 72 metrdir.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bəli...Əməllləri ilə yaddaşlarımıza həkk olunanları bu gün adaşı ol
İranın Məşhəd şəhərində yerləşən hotellərdən birində dəm qazı s
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn il Ermənistanla s
Məlum olduğu kimi, bu gün Bakıda hərbi paradda Azərbaycan Prezidenti İlha
Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəf
31 yaşlı qadın küçənin ortasında bıçaqla qətlə yetirilib.
70 yaşlı Larisa Dolinanın nə qədər qazandığı və nəyə sahib olduğu m
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda A
Əməkdar artist Cabir İmanovun ölümündən 40 gün ötür.
Qış aylarında enerji sərfiyyatı artdığı üçün kommunal xərclər də y
Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olun
Yuxu keyfiyyətini yaxşılaşdırmaq istəyirsinizsə, dəyişiklik etməyə ot
Sabah dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görü
Azərbaycan vətəndaşı olan Sona Quliyeva Camil qızı Romada itkin düşüb.
