Kamaləddin Qafarov: “Dövlət bayrağı milli birlik və həmrəylik rəmzidir”
Digərləri 09 Noy 2025 11:00:00 77 0
"Artıq beşinci ildir ki, müqəddəs üçrəngli Bayrağımız işğaldan azad edilmiş Şuşa şəhərində, 2023-cü ildən isə həm də Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanmaqla bütün Azərbaycan xalqına sonsuz qürur hissi yaşadır". Bu sözləri 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Bu xəbəri də oxu: İstirahət günlərində nəyə görə xəstələnirik?
O, bildirib ki, ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və həmin iclasın keçirildiyi AXC Nazirlər Şurasının binası üzərində qaldırılıb. "Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, müasirlik və islamçılıq" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Sonralar Ulu Öndər bu barədə deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsindən sonra məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı". 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir." Millət vəkili daha sonra qeyd edib ki, dövlətimizin özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir: "Ulu Öndər Heydər Əliyev bayrağa olan sevginin aliliyini vurğulayaraq demişdir: "Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun". Ümummilli Liderimiz dövlət bayrağının milli birlik və həmrəyliyimizi formalaşdıran əsas atributlardan biri oldunu hər zaman xüsusi qeyd etmişdir. Xalqımızın birliyi, həmrəyliyi torpaqlarımızın işğalına son qoymuş tarixi Qələbəmizin əldə olunmasını şərtləndirən əsas amillərdən biri olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev azad olunmuş bütün ərazilərimizdə Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan etdi".
Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarə
Xəbər verdiyimiz kimi, Avropa Birliyinin sanksiyalarına məruz qalan Dağıst
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bay
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə səhifələrində 9 Noyabr -
Türkiyədə daha bir televiziya serialı ekran macərasını erkən başa vurur
Bakıda 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbənin beşinci il
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi
Prezident İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı sosia
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər il 9 noyabrda ölk
Soyuq havalarda tez-tez geyinilən yun sviterlər sürtünmə nəticəsində qı
"Görürdüm ki, anamın yaşı getdikcə artır, xəstələnir. O qədər
Zəka təkcə məntiqli davranma və problem həll etmə deyil, həm də düşü
Baş və boyun nahiyəsində yaranan xərçənglər çox zaman gec mərhələdə
Mayamidən olan alimlərin apardığı yeni araşdırma müntəzəm spirtli içk
