“Üçrəngli bayraq altında ərazi bütövlüyünün bərpası” – Yunus Oğuz
Digərləri 09 Noy 2025 14:52:00 66 0
"Dünən 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin ildönümü ilə bağlı möhtəşəm parad keçirildi. Parad, ümumilikdə, MDB məkanında xüsusi əhəmiyyətə malik idi. İlk dəfə olaraq xarici dövlətlərin - qardaş Türkiyənin və Pakistanın əsgərləri də bu paraddan keçdilər".
Bu xəbəri də oxu: Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı
Bu sözləri yazıçı-publisist Yunus Oğuz Zəfər günü ilə bağlı Olaylar.az-a açıqlamasında deyib. Yazıçı bildirib ki, həmçinin paradda Azərbaycanın yeni silahları nümayiş etdirildi, baxmayaraq ki, onların hamısı göstərilmədi. Əgər cəmi 5 min əsgərimiz paradda iştirak edibsə, bu, ordumuzun yalnız bir hissəsidir. Elə həmin 5 min əsgərin özü belə, istənilən döyüş meydanında fəal iştirak etməyə kifayət edər.
Yunus Oğuz qeyd edib ki, Azərbaycan daim silah arsenalını gücləndirir, təchizatını artırır, dünyanın ən müasir silahlarını əldə edir. Bu da onu göstərir ki, bu gün dünyada və regionda müxtəlif münaqişələr, müharibələr davam edir, buna baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini və sabitliyini təmin etmək gücündədir. Biz istəyirik ki, analarımız, atalarımız, uşaqlarımız rahat yaşasınlar - bunun üçün Azərbaycan daha da qüdrətli olmalıdır.
"Bir məqama da diqqət çəkmək istəyirəm: Azərbaycan ilk dəfə olaraq ərazi bütövlüyünü tam şəkildə qeyd etdi. 2023-cü ilin sentyabr ayında bu məqsədə nail olundu və bu gün, Bayraq Günündə, bu qələbəni xüsusi qürurla qeyd edirik.
Azərbaycan ilk dəfədir ki, üçrəngli bayrağı altında - dalğalanan bayrağının kölgəsində - ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu, bizim üçün çox böyük xoşbəxtlikdir.
İndiyədək üçrəngli bayrağımızın altında belə bir qələbə yaşamamışdıq, bu gün isə o bayraq qalibiyyət rəmzi kimi göylərdə dalğalanır", - deyə yazıçı əlavə edib.
Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron şəkildə
Öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq et
"TRT1"də yayımlanan məşhur "Gönül Dağı" serialının
Ölümündən 33 il sonra Milli Qəhrəman adı verilən baş leytenant Vaqif Qu
"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəb
Moskva, Avropa Birliyinin vizalarla bağlı təzyiqlərinə boyun əyməyəcəyi
Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust ay
Hindistanın Andaman adaları yaxınlığında 5,5 bal gücündə zəlzələ qey
Ukrayna Milli Polisinin Dnepropetrovsk üzrə idarəsinin mayoru, Azərbaycan ə
Filippində təsirini göstərən "Kalmaegi" tayfunu nəticəsində h
Səhər saatlarında bir nəfər vətəndaş paytaxtın Binəqədi rayonu, Binə
Tailandda xarici turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsind
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi "Youtube" səhifəsində
