Səhər idmanı niyə çətin gəlir? Mütəxəssislər səbəbləri açıqladı
Digərləri 10 Noy 2025 04:04:00 83 0
Elmi araşdırmalara görə, səhər idmanı arıqlama prosesini sürətləndirə bilər. Lakin eyni zamanda bir çox tədqiqat göstərir ki, insanların əksəriyyəti günün orta və axşam saatlarında özünü daha güclü, enerjili və dözümlü hiss edir.
Bu xəbəri də oxu: Alimlər ürəyin özünü sağalda biləcəyini göstərən inqilabi kəşf etdilər
Son.az xəbər verir ki, "Independent" portalı bunun bir neçə fizioloji səbəbini açıqlayıb.
Sirkad ritm bədənin fəaliyyətini müəyyənləşdirir
İnsan orqanizmi 24 saatlıq bioloji dövrə - sirkad ritm ilə işləyir. Bu ritm hormonları, bədən istiliyini və oyanıqlıq səviyyəsini idarə edir. O, beyində formalaşsa da, gün işığı kimi xarici amillərin təsirinə açıqdır. Məhz bu səbəbdən xüsusilə qış səhərlərində idman çoxlarına daha ağır gəlir.
Tədqiqatlara əsasən, insan bədəni 16:00-19:00 saatları arasında ən yüksək performans göstərir. Yəni bu saatlarda bədən daha elastik, dözümlü və güclü olur.
Səhər məşqlərinin çətin görünməsinin əsas elmi səbəbləri:
1. Bədən istiliyi Orqanizmin daxili temperaturu səhər saatlarında, təxminən 05:00 radələrində, ən aşağı səviyyədə olur. Gün keçdikcə yüksələn temperatur əzələlərin daha səmərəli işləməsinə şərait yaradır. Bu səbəbdən axşam məşqləri zamanı daha çox enerji və güc müşahidə olunur.
2. Hormonal dəyişikliklər Səhər saatlarında insulin hormonu ən yüksək səviyyədə olur. Bu, qan şəkərinin azalmasına və bədənin daha az enerji sərf etməsinə səbəb olur. Nəticədə səhər idmanı daha yorucu və ağır hiss edilə bilər.
3. Sinir sisteminin aktivliyi Elmi sübutlar göstərir ki, gün ərzində sinir sistemi əzələlərə siqnalları daha səmərəli şəkildə ötürür. Bu da daha çox əzələ lifinin aktivləşməsinə və fiziki performansın artmasına səbəb olur.
4. Yuxu xronotipi Araşdırmalar sübut edir ki, "bayquşlar" (gec yatıb gec oyanan insanlar) səhər idmanında "qaranquşlar" qədər uğurlu olmur. Lakin bəzi hallarda yuxusuzluq səhər yox, günorta məşqlərinə daha çox mənfi təsir göstərir. Yəni az yatan biri üçün səhər idmanı bəzən daha rahat ola bilər.
Qidalanma mütəxəssisləri əlavə edirlər ki, məşqdən əvvəl düzgün qida qəbulu həm bədənin performansını yüksəldir, həm də yağ yandırma prosesini gücləndirir.
Kənan Son.az
Stress və gərginlik həm bədənə, həm də beyinə mənfi təsir göstərir.
Payız fəsli ilə birlikdə havada dəyişən tonlar kimi ətir seçimlərində
14 yaşından diqqət mərkəzində olan məşhur Bollivud aktrisası Ayşvariya
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyənin Rize şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə gözlərini gücl
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın oğlu Bartu Kamal atasından on
ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarından əldə edilən gəlirlər
Seda Sayan qadınlara qəribə məsləhət verib.
Bakı-Qazax avtomobil yolunun müəyyən hissəsində aparılan təmir işləri
Ata nə qədər optimist olsa, erkən doğuş riskini azaldır.
Bakıda kanalizasiya xəttində qəza olub.
