C130 Hərbi Yük Təyyarələri haqqında nələr bilinir?


Digərləri 11 Noy 2025 22:17:00 66 0

C130 Hərbi Yük Təyyarələri haqqında nələr bilinir?

Türkiyə Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında içində 20 personal ilə qəzaya uğradığını açıqlayıb.

Son.az xəbər verir ki, C-130 təyyarələri ABŞ istehsalıdır və Lockheed Martin şirkəti tərəfindən hazırlanıb. Bu model ilk dəfə 1956-cı ildə ABŞ Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib və bu günə qədər dünyada 70-dən çox ölkə tərəfindən istifadə olunur. Şirkətin məlumatına görə, indiyə qədər 2.500-dən çox C-130 təyyarəsi istehsal edilib.

C-130-lar əsasən hərbi personalın və iri ölçülü yüklərin daşınmasında istifadə edilir. Təyyarə helikopter, zirehli texnika və digər ağır avadanlıqları daşıya bilir. Bundan əlavə, bu model meşə yanğınları ilə mübarizə zamanı suya müdaxilə təyyarəsi, həmçinin hava ambulansı kimi də istifadə olunur.

Amerika Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarə heyəti daxil olmaqla 92 sərnişin, 72 tam təchizatlı əsgər və ya 64 paraşütçü daşıya bilir.

Gürcüstanda qəzaya uğrayan təyyarənin C-130E variantı olduğu bildirilir.

Texniki göstəricilər

Uzunluğu: 29 metr

Qanad açıqlığı: 40 metr

Boş çəkisi: 34 ton

Maksimum uçuş çəkisi: 79 ton

Uçuş məsafəsi: təxminən 4.000 km

Havada qalma müddəti: 10 saata qədər

Dörd pervaneli turboprop mühərriklə təchiz edilib.

Türkiyənin inventarında neçə C-130 var?

TRT Haber-in məlumatına görə, 1964-1991-ci illər arasında Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına 2 fərqli modeldə ümumilikdə 13 C-130 təyyarəsi daxil edilib.

2012-ci ildə isə Suudi Ərəbistan Hərbi Hava Qüvvələrinin inventarından təmir olunmuş 6 ədəd C-130E alınaraq istifadəyə verilib.

Hazırda Türkiyənin inventarında 19 C-130B/E modeli olduğu bildirilib. Təyyarələr Kayseridə yerləşən 222-ci Filo Komandanlığında xidmət edir və hər 6 ildən bir texniki baxışdan keçirilir. Modernizasiya proqramlarından sonra bu modellərin 2040-cı ilə qədər xidmətdə qalacağı gözlənilir.

Bundan əlavə, Müdafiə Nazirliyi oktyabr ayında İngiltərədən 12 ədəd C-130J Super Hercules təyyarəsi alınacağını açıqlamışdı.

Keçmişdə baş verən bəzi C-130 qəzaları

1982-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə aid C-130 Erzurum-İncirlik uçuşu zamanı qəzaya uğradı və göyərtədəki 27 nəfərin hamısı öldü.

2014-cü ildə Cezayir Hərbi Hava Qüvvələrinə məxsus C-130 qəzaya uğradı, 78 nəfərdən yalnız biri sağ qaldı.

2021-ci ildə Filippin Hərbi Hava Qüvvələrinə aid C-130 eniş zamanı qəzaya uğradı, 53 nəfər həyatını itirdi. Son.az  

Təyyarənin qəzaya düşdüyü yerdən görüntülər like
  • 11 Noy 22:13  
Digərləri Təyyarənin qəzaya düşdüyü yerdən görüntülər

Gürcüstanda qəzaya uğrayan və içində 20 hərbi personalın olduğu bildir

arrow Ətraflı
Qəzaya uğrayan təyyarədən geriyə qalanlar like
  • 11 Noy 21:57  
Digərləri Qəzaya uğrayan təyyarədən geriyə qalanlar

Gürcüstanda qəzaya uğrayan və içində 20 hərbi personalın olduğu bildir

arrow Ətraflı
Təyyarənin quyruğu niyə qopub? like
  • 11 Noy 21:53  
Digərləri Təyyarənin quyruğu niyə qopub?

Bu təyyarə 1964-cü ildəb bəri istifadə edilir. Amma modernizasiya edilib.

arrow Ətraflı
Qəzaya düşən təyyarə Gəncəyə bu gün gəlibmiş like
  • 11 Noy 21:46  
Digərləri Qəzaya düşən təyyarə Gəncəyə bu gün gəlibmiş

Xəbər verdiyimiz kimi, göyərtəsində 20 nəfər hərbçinin olduğu Türkiy

arrow Ətraflı
Kavelaşvili Ərdoğana başsağlığı verdi like
  • 11 Noy 21:43  
Digərləri Kavelaşvili Ərdoğana başsağlığı verdi

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə bağlı türk

arrow Ətraflı
Qəzaya uğrayan C130 təyyarəsinin uçuş trayektoriyası like
  • 11 Noy 21:35  
Digərləri Qəzaya uğrayan C130 təyyarəsinin uçuş trayektoriyası

Xəbər verdiyimiz kimi Azərbaycandan yola düşən "C130" hərbi y

arrow Ətraflı
Türkiyənin daxili işlər naziri hadisə yerindədir like
  • 11 Noy 21:14  
Digərləri Türkiyənin daxili işlər naziri hadisə yerindədir

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələri

arrow Ətraflı
Rəsmi Bakı Pakistana başsağlığı verdi like
  • 11 Noy 21:00  
Siyasət Rəsmi Bakı Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın İslamabad və Vana şəhərl

arrow Ətraflı
Baxçalının Azərbaycanla bağlı bu sözündən az sonra təyyarə qəzaya uğradı like
  • 11 Noy 20:43  
Siyasət Baxçalının Azərbaycanla bağlı bu sözündən az sonra təyyarə qəzaya uğradı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağç

arrow Ətraflı
Bu da Cessika Albanın yeni sevgilisi like
  • 11 Noy 20:30  
Şou-biznes Bu da Cessika Albanın yeni sevgilisi

2024-cü ilin sonunda 16 illik evliliyinə son qoyan məşhur aktrisa Cessika Al

arrow Ətraflı
Gürcü nazir hadisə yerindədir like
  • 11 Noy 20:17  
Digərləri Gürcü nazir hadisə yerindədir

Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyəyə məxsus təyyarə

arrow Ətraflı
Papoyan: Həmin buğdanın çörəyini birinci dadmağa hazıram like
  • 11 Noy 20:06  
Digərləri Papoyan: Həmin buğdanın çörəyini birinci dadmağa hazıram

Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib ki, Azərbaycandan tr

arrow Ətraflı
Flora: "Ölümü hiss edirəm" like
  • 11 Noy 19:39  
Şou-biznes Flora: "Ölümü hiss edirəm"

Son.az xəbər verir ki, görüntüləri ABŞ-də yaşayan jurnalist Qənirə At

arrow Ətraflı
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib like
  • 11 Noy 19:14  
Digərləri Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı
Gəncədən qalxan Türkiyə təyyarəsi niyə qəzaya uğradı? – General like
  • 11 Noy 19:07  
Digərləri Gəncədən qalxan Türkiyə təyyarəsi niyə qəzaya uğradı? – General

C-130 hərbi yük təyyarələri asanlıqla qəzaya uğramaz. Doğrudur, bunlar

arrow Ətraflı