Qələbədən sonra – Suverenliyin bərpası və Konstitusiyanın 30 illiyi


Digərləri 12 Noy 2025 10:22:00 56 0

Qələbədən sonra – Suverenliyin bərpası və Konstitusiyanın 30 illiyi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin və hüquqi düşüncəsinin məntiqi nəticəsi olan Azərbaycan Respublikasının Konstitusiyası bu gün müstəqil dövlətimizin siyasi, iqtisadi və mənəvi inkişafının möhkəm təməlidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, hər bir dövlətin mövcudluğunu, idarəçilik sistemini və vətəndaş-dövlət münasibətlərini tənzimləyən əsas sənəd kimi Konstitusiya həm hüquqi, həm də ideoloji baxımdan milli suverenliyin rəmzidir.

"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il 12 noyabr tarixində referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, müasir dövlət quruculuğu tariximizin ən mühüm hadisələrindən biridir. Elə buna görə də, həmin gün Ulu Öndər Heydər Əliyevin 15 dekabr 1995-ci il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Konstitusiyası Günü" kimi qeyd olunur. Azərbaycanın konstitusiya quruluşunun tarixi XX əsrin əvvəllərinə - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə qədər uzanır. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Cümhuriyyət qısa ömrünə baxmayaraq, dövlətçilik ideyalarının formalaşması və gələcək Konstitusiyanın prinsiplərinin yaranması baxımından mühüm mərhələ oldu. Lakin Cümhuriyyətin fəaliyyət müddəti az olduğundan, əsas qanun qəbul etmək mümkün olmadı".

S.Mikayılova vurğulayıb ki, Azərbaycanın ilk yazılı Konstitusiyası 1921-ci il 19 mayda qəbul edilmiş, daha sonra 1925, 1927, 1937 və 1978-ci illərdə yeni redaksiyalarla təsdiqlənmişdir:

"Xüsusilə 1978-ci il Konstitusiyası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mühüm dəyişikliklərlə qəbul edilmiş, burada ilk dəfə Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdur. Bu addım milli kimliyin qorunması və hüquqi dövlətçilik ənənələrinin möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıyırdı.1991-ci il 18 oktyabrda qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ölkənin yeni hüquqi inkişaf mərhələsini müəyyənləşdirdi. Lakin həmin dövrdə dövlət idarəçiliyindəki xaos və siyasi qeyri-sabitlik səbəbindən yeni Konstitusiyanın hazırlanması mümkün olmadı".

Deputat qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etdi, sabitlik yaratdı və müasir hüquqi dövlət quruculuğu prosesinə start verdi.

"Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və dərin hüquqi, siyasi müzakirələr nəticəsində yeni Konstitusiya layihəsi hazırlandı. 1995-ci il 12 noyabr tarixində keçirilən ümumxalq referendumu bu prosesi zirvəyə çatdırdı - seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. 27 noyabr 1995-ci ildən isə dövlətin Əsas Qanunu qüvvəyə mindi".

S.Mikayılova əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlətin bütün əsas prinsiplərini əhatə edir:

"Konstitusiya dövlət hakimiyyətinin üç qolu - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölgüsünə, insan hüquq və azadlıqlarının təmininə, dövlətin suverenliyinə və ərazi bütövlüyünə, dünyəvilik və demokratiklik prinsiplərinə əsaslanır. Konstitusiyanın 48 maddəsi bilavasitə insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunub. Bu müddəalar həm BMT-nin, həm də Avropa Şurasının qəbul etdiyi beynəlxalq hüquqi sənədlərlə uyğunlaşdırılmışdır. Azərbaycan Konstitusiyası insanı ali dəyər kimi qəbul edir və dövlətin başlıca vəzifəsini onun hüquq və azadlıqlarının müdafiəsi kimi müəyyən edir".

Deputat qeyd edib ki, 1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi dövlət quruculuğunda mühüm mərhələ oldu:

"Konstitusiya Məhkəməsinin yaradılması ilə ölkədə konstitusiya nəzarəti institutu formalaşdı, qanunların və dövlət qərarlarının Konstitusiyaya uyğunluğuna nəzarət sistemi təmin olundu. Beləliklə, Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə müstəqilliyi, vətəndaşların hüquqlarının məhkəmə qaydasında müdafiəsi kimi prinsiplər reallığa çevrildi. Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün tələblərinə uyğun olaraq bir neçə dəfə referendumla təkmilləşdirilmişdi. Bu dəyişikliklər ölkədə siyasi sabitliyin, iqtisadi tərəqqinin və sosial rifahın təmininə xidmət edib".

S.Mikayılova qeyd edib ki, 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu:

"Bu, Konstitusiyamızda təsbit edilmiş "dövlətin suverenliyi və ərazi bütövlüyü" prinsipinin tam reallaşması deməkdir. Həmçinin 2025-ci ildə Konstitusiyanın qəbulunun 30 illiyi münasibətilə "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalı təsis edilmişdir. Bu medal, hüquqi dövlət quruculuğuna, konstitusion ideyaların inkişafına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət etmiş şəxslərə təqdim olunacaq".

S.Mikayılova vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də milli ideologiyanın, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin əsas sütunlarındandır.

"Konstitusiyasa müstəqil dövlətimizin inkişaf yolunu, vətəndaşın hüquqi statusunu, dövlət orqanlarının qarşılıqlı fəaliyyət mexanizmini və cəmiyyətin əsas prinsiplərini müəyyən edən ali qanundur. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi ilə formalaşmış Konstitusiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, güclü və suveren Azərbaycan dövlətinin dayanıqlı inkişafını təmin edən əsas hüquqi baza rolunu oynayır. 12 Noyabr - Konstitusiya Günü yalnız bir bayram deyil, həm də xalqımızın azadlıq iradəsinin, milli birliyinin və hüquqi dövlət idealının təntənəsidir", - deyə S.Mikayılova qeyd edib.

Kamaləddin Qafarov: “Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir” like
  • 12 Noy 10:20  
Digərləri Kamaləddin Qafarov: “Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir”

"1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhur

arrow Ətraflı
Qəzada şəhid olan mayor 4 ay sonra ata olacaqmış...  FOTO like
  • 12 Noy 10:15  
Digərləri Qəzada şəhid olan mayor 4 ay sonra ata olacaqmış... FOTO

Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsində

arrow Ətraflı
Təyyarənin qəzaya uğradığı yerdən yeni görüntülər  VİDEO like
  • 12 Noy 10:10  
Dünya Təyyarənin qəzaya uğradığı yerdən yeni görüntülər VİDEO

Gürcüstanın Siqnaxi rayonunda Türkiyəyə məxsus təyyarə qəzasının ba

arrow Ətraflı
Güclü geomaqnit qasırğası başladı  RƏSMİ XƏBƏRDARLIQ like
  • 12 Noy 10:04  
Digərləri Güclü geomaqnit qasırğası başladı RƏSMİ XƏBƏRDARLIQ

Günəşin səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yü

arrow Ətraflı
Bakının üç rayonunda qaz kəsiləcək like
  • 12 Noy 10:02  
Digərləri Bakının üç rayonunda qaz kəsiləcək

Bu gün Bakının Yasamal, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilə

arrow Ətraflı
Hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə dəyişiklik edildi like
  • 12 Noy 09:58  
Digərləri Hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə dəyişiklik edildi

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının

arrow Ətraflı
Bakıda torpaq sürüşdü, maşının üstünə töküldü  VİDEO like
  • 12 Noy 09:56  
Digərləri Bakıda torpaq sürüşdü, maşının üstünə töküldü VİDEO

Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

arrow Ətraflı
Qəzaya düşən təyyarənin qara qutusu ilə bağlı AÇIQLAMA like
  • 12 Noy 09:54  
Digərləri Qəzaya düşən təyyarənin qara qutusu ilə bağlı AÇIQLAMA

Gürcüstanda qəzaya düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus &qu

arrow Ətraflı
Neftin qiyməti 2 dollardan çox artdı like
  • 12 Noy 09:53  
Digərləri Neftin qiyməti 2 dollardan çox artdı

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef

arrow Ətraflı
Qadından taksi sürücüsünə qarşı ağlasığmaz hərəkət  Anbaan görüntülər like
  • 12 Noy 09:50  
Digərləri Qadından taksi sürücüsünə qarşı ağlasığmaz hərəkət Anbaan görüntülər

Türkiyədə qadın müştəri taksi sürücüsünə xəsarət yetirib.

arrow Ətraflı
"Monqolustan əti"ni alıb bişirdi: "Yeyiləsi deyil" like
  • 12 Noy 09:46  
Digərləri "Monqolustan əti"ni alıb bişirdi: "Yeyiləsi deyil"

Monqolustan mənşəli qoyun ətindən narazılıq dalğası yaranıb. Monqolust

arrow Ətraflı
Dumanlı hava nə vaxtadək davam edəcək? like
  • 12 Noy 09:26  
Digərləri Dumanlı hava nə vaxtadək davam edəcək?

Noyabrın 12-si saat 8:00-a olan faktiki hava açıqlanıb. 

arrow Ətraflı
Avro, rubl bahalaşdı  Bu valyuta isə ucuzlaşdı  RƏSMİ like
  • 12 Noy 09:20  
Digərləri Avro, rubl bahalaşdı Bu valyuta isə ucuzlaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı