Bu halda ölüm riski artır
Digərləri 13 Noy 2025 11:40:00 68 0
"Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır. Əvvəla, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir".
Bu xəbəri də oxu: Göyçayın yeni icra başçısı kimdir?
Son.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur: "Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır.
İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.
Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir".
R. Mahmudov bildirib ki, bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək azımdır: "İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).
"Nə qədər sayta girirsinizsə, hamısını bir-bir izləyirlər"
Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəy
Türkiyəli sosial media fenomeni Yasemin Arı paylaşdığı video ilə müzaki
Bakıda ilk dəfə "China Visitors Summit" keçiriləcək.
Riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasın
12 noyabr tarixində saat 19:00-da Hazel restoranında təşkil edilən görüş
Gələn ildən "Vergi Məcələsində" nəzərdə tutulan dəyişiklik
Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakı və Sumqayıt şəhərləri aras
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatın
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsind
Metronun "Nəriman Nərimanov" stansiyasının çıxışlarından biri
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məx
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin
Dekabrın 18-də Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun "
