TƏBİBdə işləməyən departament rəhbəri vətəndaşları qəbul edir Anar Ağayevin hansı səlahiyyəti var?
Digərləri 15 Noy 2025 13:20:00 347 0
Anar Əzəm oğlu Ağayev TƏBİB-də işləməsə də vətəndaşları qəbul etməyə davam edir.
Son.az xəbər verir ki, TƏBİB-in rəsmi saytında olan məlumatlara əsasən, o, hər həftənin cümə axşamı saat 11:00-13:00 arasında vətəndaşlarla görüşlər keçirir.
Qeyd edək ki, Anar Ağayev bu ilin sentyabrında Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
O, 2001-2004-cü illər ərzində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-2005-ci illərdə stajer assistent, 2005-2008-ci illər baş müəllim, 2008-2017-ci illər dekan müavini, 2017-2022-ci illər dekan, 2018-2025-ci illər professor vəzifəsində çalışıb.
2022-2023-cü illər TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri, 2023-2024-cü illər TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri, 2024-2025-ci illər TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri, 02.04.2025-ci ildən 03.09.2025-ci ilədək TƏBİB-in İcraçı direktorunun müşaviri olaraq çalışıb.
Mina Mikayılova Son.az
Məşhur klarnet ustası Hüseyn Məmmədoğlu izləyicisini təhqir edib.
Azərbaycanda gələn ildən fiziki şəxslər üçün kirayə haqları üzrə g
Hacıqabulda iki gündür itkin kimi axtarılan kişinin meyiti tapılıb.
Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si g
Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərk
Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq silsilə
Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Hərbi Hava Qüvvəl
Gəncədə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi
Bakıda 33 yaşlı kişi 210 manatlıq yemək sifariş verdiyi üçün məhkəm
"Meta" Avropada "WhatsApp" istifadəçiləri üçün üçün
Son illərdə sosial mediada məşhurlaşan "yatarkən ağzı yapışdırma
Sabirabadda nikah yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi bi
