DİMdən plagiat olduğu iddia edilən sualla bağlı AÇIQLAMA
Digərləri 03 Mar 2025 13:11:00 408 0
Martın 2-də keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən istifadə edilən bütün tapşırıqlar ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün də həmin dillərə tərcümə edilərək təqdim edilib.
Bu xəbəri də oxu: Naxçıvanlı xanımla italyalı bəyin xına mərasimi gündəm oldu
Son.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, ingilis bölməsi üzrə imtahan verən abituriyentlərin birinin sual kitabçasından götürülmüş bir tapşırığın sosial media platformalarında yayılması bu qaydadan məlumatsız olan bəzi şəxslər tərəfindən həmin tapşırığın xarici mənbədən götürüldüyü kimi başa düşülüb.
"Bir daha bildiririk ki, tapşırığın orijinal mətni Azərbaycan dilindədir və həmin tapşırıq yalnız ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün tərcümə edilib. Sosial mediada yayılan görüntü də hansısa xarici mənbə olmayıb, məhz DİM-in keçirdiyi imtahanda istifadə edilən sual kitabçasından götürülüb", - məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələr və mediada Martın 2-də keçirilən buraxılış imtahanında riyaziyyat fənni üzrə istifadə edilən suallardan birinin plagiat olduğu barədə xəbərlər yayılıb.
İşğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi proses
Martın 2-də saat 18:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın
Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham oluna
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmiz
2025-ci ildə Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günün valyuta məzənnələrini açıqla
Moskva metro stansiyalarından birində terror aktının qarşısını alınıb.
KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi geniş
ABŞ prezidenti Donald Trampın bəzi köməkçiləri Ukrayna Prezidenti Volodim
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti art
İranın Sistan və Bəlucistan vialyətində 5,1 bal gücündə zəlzələ baş
