Bu gün ali xüsusi rütbə verilənlər kimdir? DOSYE
Digərləri 26 Noy 2025 16:02:00 157 0
Prezident İlham Əliyevin noyabrın 26-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavinləri Toğrul Hüseynov və Abiddin Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Bu xəbəri də oxu: "Ramiz Mehdiyevin ardınca iki böyük vəzifəli şəxs də həbs olunacaq" Zirəddin Rzayev
Son.az onların dosyesini təqdim edir:
Toğrul Hüseynov - Ədliyyə nazirinin müavini
Doğum ili: 1986, Bakı şəhəri
Təhsili:
2007 - Bakı Dövlət Universiteti, Hüquqşünaslıq üzrə bakalavr
2010 - Bakı Dövlət Universiteti, magistr (fərqlənmə diplomu)
2022 - ABŞ, Missuri Universiteti - Dövlət idarəetməsi üzrə magistr
2024 - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr
Harvard Biznes Məktəbi - davamlı biznes strategiyaları üzrə ixtisaslaşma
Karyerası:
2010-2013 - Ədliyyə Nazirliyinin İcra xidmətində
2013-2016 - Qanunvericilik baş idarəsində müxtəlif vəzifələr
2016-2017 - "Azərbaycan Dəmir Yolları" QSC, Hüquq şöbəsinin bölmə rəisi
2017-2024 - Azərbaycan Respublikası Prezidenti Administrasiyasında hüquq və qanunvericilik üzrə baş məsləhətçi
2024 (aprel-sentyabr) - Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi
07.09.2024 - Prezident sərəncamı ilə Ədliyyə nazirinin müavini təyin edilib
Xarici dillər: İngilis, Rus
Ailəsi: Ailəlidir, iki övladı var.
Abiddin Qabil oğlu Hüseynov - Ədliyyə nazirinin müavini
Doğum ili: 1977, Neftçala rayonu
Təhsili:
1997 - Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu, Politologiya fakültəsi (bakalavr)
1999 - Eyni fakültənin magistr pilləsi (fərqlənmə diplomu)
2003 - Rusiya Ədliyyə Nazirliyi, Rusiya Hüquq Akademiyası - hüquq üzrə ikinci ali təhsil
Cenevrə, Ankara, Paris, Berlin şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün təlim və ixtisasartırma proqramlarında iştirak
Karyerası:
2000 - Konstitusiya Məhkəməsində əmək fəaliyyətinə başlayıb
2000-2010 - Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb
2010 - Prezident sərəncamı ilə Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib
2013-2020 - Bakı Apellyasiya Məhkəməsinin hakimi
2020-2024 - Ali Məhkəmənin hakimi
2023 - Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilib
2020-dən - ADA Universitetində "Mülki proses" fənnini tədris edir
Hüquq sahəsində elmi-praktiki nəşrlərin müəllifi və redaktoru
04.06.2024 - Prezident sərəncamı ilə Ədliyyə nazirinin müavini təyin edilib
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür
Mükafatları:
"Tərəqqi" medalı
"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" yubiley medalı
Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı
Xarici dillər: İngilis, Rus
Ailəsi: Ailəlidir, üç övladı var.
Asya Son.az
Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün d
Artıq bir çox toy dəvətnamələrində yeni bir tendensiya görünür: cütl
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi r
Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatla
Ağdamdan olan keçmiş məcburi köçkün uzun illərdən sonra doğma rayonda
İslamiadada ən yüksək nəticələr göstərmiş idmançıları mükafatland
Britaniyada sosial xidmətlərin himayəsində olan minlərlə uşaq itkin düş
İki Azərbaycan və bir Türkiyə vətəndaşının 7 aydan çoxdur əsassız i
Müğənni Tacir Şahmaloğlunun ifası zamanı diqqətlər həmkarı Əminə Ş
Azərbaycan və Türkiyənin opera müəssisələri arasında birgə layihələr
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov
Paytaxtın Yasamal rayonu İslam Səfərli küçəsinin piyadalaşdırılması m
Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xa
