Maşınlarda qaz balonları buna görə
Digərləri 22 Mar 2025 14:44:00 353 0
Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması qadağan deyil. Bu, Daxili İşlər Nazirliyinin təlimatına əsasən tənzimlənir və Dövlət Yol Polisi tərəfindən xüsusi icazə ilə həyata keçirilir.
Bu xəbəri də oxu: “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov son zamanlar qaz balonları olan maşınların partlaması hallarına münasibət bildirərkən qeyd edib.
Ekspertin sözlərinə görə, sürücülər avtomobillərinə qaz balonu quraşdırmadan əvvəl mütləq Dövlət Yol Polisinin laboratoriyasına müraciət etməlidirlər:
"Orada qaz balonunun nə dərəcədə düzgün quraşdırılması və təhlükəsiz olduğu yoxlanılır, həmçinin avtomobilin konstruksiyasına dəyişiklik edilib-edilmədiyi müəyyən edilir. Yalnız bundan sonra qaz avadanlığının quraşdırılmasına icazə verilir".
Eldəniz Cəfərov bildirib ki, son vaxtlar qaz avadanlığı olan avtomobillərdə baş verən partlayışların əsas səbəbi qaz balonlarının təlimata uyğun quraşdırılmaması, kustar üsulla yerləşdirilməsi, sertifikatsız və zəmanətsiz olması və vaxtında texniki baxışdan keçirilməməsi ilə bağlıdır:
"Cəmiyyətdə bu məsələyə dair müxtəlif fikirlər var. Bəzi insanlar hətta sertifikatlaşdırılmış yerlərdə quraşdırılan qaz balonlarında belə sızmaların olduğunu bildirirlər. Buna görə də hesab edirəm ki, baş verən partlayışlardan sonra aidiyyəti qurumlar mütləq araşdırma aparmalı və cəmiyyətə məlumat təqdim etməlidirlər".
ABŞ-də sürətlə yayılan salmonella infeksiyası səbəbilə bəzi şirniyy
"Ən bədbəxt bürcün nümyəndəsiyəm. Balıq bürcündən. Gecə yatan
Dünən cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Rusiyanın Xalq artisti Larisa Qolubkina 85 yaşında vəfat edib.
İnsanlar yüz minlərlə il öncədən bir-birlərini adla çağırmağa başla
Sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin mühafizəçisinin saxlan
Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.
Rusiyanın Kurqan vilayətində İrtış yolunun 263-cü kilometrliyində qanuns
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Fransanın keçmiş birinci xanımı, supermodel və müğənni Karla Bruni aç
Balaəlinin LÜKS maşınında brend geyimlər və ətirləri TƏƏCCÜBLƏNDİR
"Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa onun r
