Kirayə evlər bahalaşacaq
Digərləri 15 Dek 2025 14:50:00 53 0
Fiziki şəxslər evlərini kirayəyə verdikdə 10 faiz vergi ödəyəcəklər. Bu artıq qanunla təsdiqlənib.
Bu xəbəri də oxu: “Express Lounge” müştərilərə vaxtı bitmiş məhsullar verirmiş
Son.az xəbər verir ki, fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Məqsəd vergidən yayınma hallarının aradan qaldırılması və kirayə bazarının rəsmiləşdirilməsini təşviq etməkdir.
Belə ki, ev sahibləri və kirayəçilər arasında müqavilə bağlanması praktiki əhəmiyyət daşıyır. Müqavilə həm tərəflərin hüquqlarını qoruyur, həm də kirayədə qaldığını rəsmi şəkildə sübut etməyə imkan verir. Məsələn, kommunal xərclər və kiçik təmir işləri kirayəçilərin üzərinə düşür və bu, müqavilə ilə aydın şəkildə tənzimlənir.
Rieltorlara görə, bazarda müqavilə ilə mənzil götürmək istəyənlərin sayı artır, lakin mənzil qıtlığı mövcuddur. Həm sahibkarlar, həm də kirayəçilər üçün istər daşınmaz əmlak şirkətləri, istər notariuslar vasitəsilə müqavilə bağlamaq vacibdir.
Vergi dərəcəsinin azaldılması bazarda rəsmi münasibətləri təşviq etsə də, sənədsiz mənzillərlə bağlı suallar hələ də açıq qalır. Ekspertlər bildirir ki, çıxarışı olmayan mənzillər üzərində əməliyyat aparmaq mümkün deyil və belə mənzillərə vergi tətbiq olunmayacaq.
Mütəxəssislərin sözlərinə görə, vergi yükünün kim tərəfindən ödənilməsi kirayə qiymətlərinə təsir edə bilər. Qanun tərəflərə qarşılıqlı razılaşma əsasında verginin ödənilməsini nəzərdə tutur. Təcrübədə isə sahibkarlar ehtimal ki, 10 faizlik vergi yükünü kirayə qiymətinə əlavə edəcəklər, bu isə az da olsa, bazarda qiymətlərin artmasına təsir göstərə bilər.
Dövlət Vergi Xidməti qeyd edir ki, çıxarışı olmayan mənzillərə vergi tətbiq olunmayacaq. Bütün bu yeniliklərdə əsas məqsəd isə kirayə bazarında şəffaflığı artırmaqdır. Kirayə bazarı üzrə ağarmaya və könüllü əməletməyə nail olmaq məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14 faizdən 10 faizə endirilməsi nəzərdə tutulur. Bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir. Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayə verilən əmlaklar üçün isə 14 faizlik vergi dərəcəsi dəyişməz qalır.
Mütəxəssislər hesab edir ki, dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin və bu, bu əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.
Mina Mikayılova Son.az
Hindistanın paytaxtı Dehli və ətraf bölgələr ciddi hava çirkliliyi səb
Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza r
Azərbaycan və Surinam arasında viza rejimi qismən ləğv edilib.
Xəbər verdiyimiz kimi, dekabrın 14-də Sidneydə terror hadisəsi baş verib.
Azərbaycanla Qvineya-Bisau arasında diplomatik, xidməti və xüsusi pasport s
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təlt
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali
Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sə
Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava ş
Əməkdar artist Vasif Məhərrəmli canlı yayımda efirə sərxoş vəziyyətd
Bakı limanının ərazisində yük avtomobili dənizə düşmək təhlükəsi i
Ukrayna ərazi müdafiə bölmələri Baxmut yaxınlığında mülki BMW 7-serie
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının di
Prezident İlham Əliyev "Azərbaycan Biznesinin İnkişafı Fondu" A
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət mü
