Çin istehsalı olan şüşə fincanlarda ağır metallar aşkarlandı
Digərləri 15 Dek 2025 18:19:00 81 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb.
Bu xəbəri də oxu: Balakəndə ağır qəza ölən və yaralananlar var
Son.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, bu məhsulların 6 ədədi Azərbaycan Respublikasında fəaliyyət göstərən "Sevinc Mall" ticarət mərkəzində yerləşən "Sinsay" mağazasına göndərilib.
"Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.
Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq.
Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir", - məlumatda deyilir. Son.az
Zaur Kamalın aparıcılıq etdiyi verilişdə maraqlı anlar yaşanıb.
Biləsuvar rayon sakininin qəsdən öldürülməsi müəyyən olunub.
Bursanın "Ömer Osman Çağlayan" adlı orta məktəbində baş ver
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətl
Xəbər verildiyi kimi Biləsuvar rayonunun İsmətli kəndində qətl hadisəsi
"Azercell" bəzi kredit əsaslı xidmətləri üzrə yeni xidmət haql
Nizami rayonunun Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış b
Nobel laureatı Nərgiz Məhəmmədiyə qarşı iki yeni ittiham irəli sürül
Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının
Sosial şəbəkələrdə yeni doğulan körpə ilə bağlı yayılan görüntül
Dekabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında UNESCO-nun yubileyl
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında
Xalq artisti Naibə Allahverdiyeva müğənnilyə başlayacaq.
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkd
