Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək


Dünya 16 Dek 2025 13:13:00 65 0

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhəri ora köçüb məskunlaşmağa razı olan şəxslərə maliyyə dəstəyi təklif edir. Ümumi maliyyə stimulu təxminən 30 min ABŞ dollarına çata bilər.

Bu xəbəri də oxu: Tramp BBCni məhkəməyə verdi

Son.az Valyuta.az-a istinadən xəbər verir ki, "New York Post" nəşrinin yazdığına görə, yerli hakimiyyət bu addımla əhalinin azalmasını dayandırmaq və boş qalan evləri yenidən istifadəyə qaytarmaq niyyətindədir.

Bildirilir ki, proqram hələ 2023-cü ildə işə salınıb. Həmin vaxt tərk edilmiş evlərdən birini alıb orada yaşamaq istəyənlərə 20 min avroya qədər (təxminən 23,4 min dollar) yardım, eləcə də isitmə və nəqliyyat xərcləri üçün əlavə 6 min avro (təxminən 7 min dollar) təklif olunurdu.

İndi isə şəhər bu təşəbbüsü genişləndirərək yalnız alıcılara deyil, həm də kirayəçilərə dəstək verməyə başlayıb. 2026-cı ilin əvvəlinə qədər şəhərə köçən yeni sakinlər üçün ilk iki il ərzində kirayə haqqının yarısı kompensasiya ediləcək.

Şəhərin meri Françesko Quarqualini bildirib ki, bu il mənzil alışı və kirayəsi üçün dəstək, eləcə də tələbələrə, ictimai nəqliyyat sərnişinlərinə və "yaşıl" enerji istehlakçılarına maliyyə yardımı kimi digər təşəbbüslər üçün 400 min avrodan çox vəsait ayrılıb.

Bir vaxtlar Radikondolidə təxminən 3 min nəfər yaşayırdı. Hazırda isə əhalinin sayı cəmi 966 nəfərdir. 450 evdən təxminən 100-ü boş vəziyyətdədir.

Bununla belə, vacib bir şərt mövcuddur: mənzil alanlar şəhərdə ən azı 10 il yaşamağı, kirayəçilər isə ən azı 4 il qalmağı öhdələrinə götürməlidirlər.

Təklif olunan yaşayış yerlərinə tarixi mərkəzdə bir və ya iki yataq otaqlı kiçik mənzillər, eləcə də üzüm bağları və zeytunluqlar arasında yerləşən geniş Toskana fermer evləri daxildir. Kiçik obyektlərin qiyməti 50 min avrodan başlayır və 100 min avroya qədər yüksəlir. Evlərin əksəriyyəti qənaətbəxş vəziyyətdədir, lakin bəziləri təmir tələb edir. Subsidiyalar sayəsində isə adətən aylıq 400 avroya başa gələn kirayə mənzili 200 avroya tutmaq mümkündür.

Bələdiyyədə qeyd ediblər ki, proqramın başlanmasından sonra əhalinin sayı 900 nəfərdən 960 nəfərə yüksəlib. Hakimiyyət bunu ailələrin dəstəklənməsi, xidmətlərin inkişafı və xüsusilə gənclərin cəlb olunmasına yönəlmiş siyasətin nəticəsi kimi qiymətləndirir.

2024-cü ildə İtaliyanın Toskana regionunun hakimiyyəti insanların ora köçüb yaşaması üçün ödəniş nəzərdə tutan proqram başladıb. Həmin vaxt yaradılan fond vasitəsilə insanlara 10 min avrodan 30 min avroya qədər qrant verilməsi planlaşdırılırdı ki, onlar Toskana bölgəsində yerləşən kənd evinə köçsün və həmin evi təmir etsinlər. Qrant Toskana bölgəsində əhalisi 5 mindən az olan 76 şəhərcikdən birində yerləşən evin təmir xərclərinin 50 faizini qarşılamalı idi.

“Anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır”  FOTO like
  • 16 Dek 13:00  
Şou-biznes “Anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır” FOTO

"Anamın sözlərinə yazılmış mahnıları Şövkət Ələkbərova, Flor

arrow Ətraflı
Hərbi xidmətə çağırılan dövlət qulluqçularına müavinət ödəniləcək like
  • 16 Dek 12:51  
Digərləri Hərbi xidmətə çağırılan dövlət qulluqçularına müavinət ödəniləcək

Dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağ

arrow Ətraflı
"Azərbaycan və Türkiyə birbirinə hərbi yardım göstərəcək" like
  • 16 Dek 12:46  
Digərləri "Azərbaycan və Türkiyə birbirinə hərbi yardım göstərəcək"

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublik

arrow Ətraflı
"Caucasus Auto"nun Bakıda yeni baş ofisi açıldı like
  • 16 Dek 12:45  
Digərləri "Caucasus Auto"nun Bakıda yeni baş ofisi açıldı

Regionun ən tanınmış və etibarlı avtomobil logistikası şirkətlərindən

arrow Ətraflı
Sabah Bakıda çiskin olacaq like
  • 16 Dek 12:32  
Digərləri Sabah Bakıda çiskin olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Onlardan ipotekanın dövlət qeydiyyatı üçün rüsum tutulmayacaq like
  • 16 Dek 12:25  
Digərləri Onlardan ipotekanın dövlət qeydiyyatı üçün rüsum tutulmayacaq

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiy

arrow Ətraflı
Sertifikat və sınaq nəticələri beynəlxalq standartlara uyğun olacaq  Yeni qanun like
  • 16 Dek 12:20  
Digərləri Sertifikat və sınaq nəticələri beynəlxalq standartlara uyğun olacaq Yeni qanun

Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir.

arrow Ətraflı
"iPhone" üçün "WhatsApp"da yeni funksiya like
  • 16 Dek 12:14  
Digərləri "iPhone" üçün "WhatsApp"da yeni funksiya

"WhatsApp" mesencerinin "iOS" üçün beta versiyasında &qu

arrow Ətraflı
"Sığınacaqların sayı real ehtiyacı qarşılamır"  Mehriban Zeynalova like
  • 16 Dek 12:06  
Digərləri "Sığınacaqların sayı real ehtiyacı qarşılamır" Mehriban Zeynalova

Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil.

arrow Ətraflı
Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində! like
  • 16 Dek 12:04  
Kriminal Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində!

Azərbaycanlı məşhur tenor Yusif Eyvazov ötən gün London Kral Balet və Op

arrow Ətraflı
Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi like
  • 16 Dek 11:54  
Siyasət Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasın

arrow Ətraflı
İşçilərinin hər birinə 100 min dollar verdi like
  • 16 Dek 11:50  
Digərləri İşçilərinin hər birinə 100 min dollar verdi

Dünyaca məşhur müğənni Teylor Svift çıxdığı "Eras" turundan

arrow Ətraflı