"Tonlarla kabab zibilə atılır, ət ala bilməyən minlərlə ailə var" Toylarımızda israfçılıq
Digərləri 16 Dek 2025 12:35:00 78 0
"Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir".
Bu xəbəri də oxu: "Məktəbəqədər təhsilə cəlb olunan hər bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir"
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Millət vəkilinin sözlərinə görə, şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır: "Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. Bu, nə dini baxımdan, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilər. Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir.
Digər ciddi məsələ isə toylarımızda musiqinin səsidir. Şadlıq evlərinin əksəriyyəti səsi udan akustik materiallarla təchiz olunmayıb. Nəticədə valideynlər, yaşlı insanlar, hətta uşaqlar saatlarla yüksək səsin altında qalır. Musiqi xadimləri də məcbur olub səsi artırır, çünki zal akustikası zəifdir, bu isə qulaq tutulmasına, başağrılarına, uzunmüddətli eşitmə problemlərinə səbəb olur. Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir. Toy sahibi musiqini eşitmək əvəzinə, sadəcə səs-küy eşidir. Musiqi səsi sevinc yaratmalıdır, insanların qulağını sıradan çıxarmamalıdır".
R.Nurullayev qeyd edib ki, dünyanın bir çox ölkəsində - məsələn, Türkiyə, Avropa Birliyi ölkələri və Yaponiyada restoranlar üçün xüsusi akustik standartlar var: "Musiqinin səs gücü adətən 85-90 dB həddini keçə bilməz. Bu hədd insan qulağı üçün təhlükəsiz hesab edilir. Zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtüklə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur, nəticədə musiqinin səsi 100-110 dB həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün təhlükəlidir. Təklif edirəm ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında akustik standartlar məcburi olsun, səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səsizolyasiya dövlət standartının bir hissəsinə çevrilsin. Bununla həm sağlamlıq qorunar, həm musiqi daha keyfiyyətli səslənər, həm də toylarımız mədəniyyət və rahatlıq baxımından dünya səviyyəsinə çatmış olar.
Bizim toy mədəniyyətimiz gözəldir, amma onu daha sağlam, daha səmərəli və daha mədəni etmək bizim borcumuzdur. İsrafçılıq azaldılmalı, musiqinin səsi normaya salınmalı, şadlıq evləri beynəlxalq standartlara uyğunlaşmalıdır".
Spiker Sahibə Qafarova deputatın fikirlərinə münasibət bildirib: "Razi müəllimin dediyində həqiqət var. Toy mədəniyyəti olmalıdır. İnsanları bu istiqamətdə maarifləndirmək lazımdır".
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiy
Tanınmış aktirisa Mila Alibəyova saxta "plastik cərrah" Ülviyyə
Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir.
"WhatsApp" mesencerinin "iOS" üçün beta versiyasında &qu
Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil.
Azərbaycanlı məşhur tenor Yusif Eyvazov ötən gün London Kral Balet və Op
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasın
Dünyaca məşhur müğənni Teylor Svift çıxdığı "Eras" turundan
Canlı efirdə səslənən ifadə müzakirələrə səbəb olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğull
Dekabrın 15-20-si arasında geomaqnit şəraiti nisbətən sakit və sabit olac
Türkiyənin məşhur "Manifest" qrupunun üzvləri həbs edilib.
Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, "yaşıl iqtisadiyyat
Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə, Toluka hava limanı yax
