Azərbaycanda qış turizm mövsümü açıq elan olunub


Digərləri 18 Dek 2025 11:52:00 60 0

Azərbaycanda qış turizm mövsümü açıq elan olunub

18-19 dekabrda qış turizmi mövsümünün açılışı ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.

Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığı, qonaqlara təqdim olunan turizm məhsullarının tanıdılması, o cümlədən kompleksdə aparılan işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. 

Tədbir çərçivəsində media nümayəndələrinə "Şahdağ" Turizm Mərkəzinin 2025-ci il üzrə fəaliyyətinə dair video-təqdimat nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında məlumat verilib.

Tədbirdə çıxış edən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov 2025-ci ilin 1 yanvar-15 dekabr tarixlərində mərkəzə səfər edən ziyarətçilərinin sayının 300 mindən çox olduğunu qeyd edib. 

O, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu və bunun da gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcəyini bildirib.

Son iki ildə "Şahdağ"ın təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrildiyini vurğulayan Rüstəm Nəcəfov kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionunun inşa edildiyini, 2026-cı ilin qış mövsümündə "Şahdağ"ın Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, eləcə də "Mogul" üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

İki günlük tədbir çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan xidmətlərlə tanış olub, xizək və snoubord avadanlıqları, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər. Eləcə də media nümayəndələrinə il boyu xizək sürmək imkanı verən xüsusi simulyatorlar nümayiş olunub.

Qeyd edək ki, "Şahdağ"da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 km-ə çatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.

Həbs olunan aparıcının telefonundan görün nə məlumatlar çıxdı  FOTO like
  • 18 Dek 11:40  
Şou-biznes Həbs olunan aparıcının telefonundan görün nə məlumatlar çıxdı FOTO

Tanınmış türkiyəli spiker Ela Rümeysa Cebeci həbs olunub.

arrow Ətraflı
Putin cizgi filmi qəhrəmanı oldu like
  • 18 Dek 11:20  
Digərləri Putin cizgi filmi qəhrəmanı oldu

Rusiyanın məşhur animasiya serialı "Prostokvaşino"nun yeni burax

arrow Ətraflı
Xalq artisti olan xanəndə TANINMAZ HALDA like
  • 18 Dek 11:00  
Şou-biznes Xalq artisti olan xanəndə TANINMAZ HALDA

Xalq artisti Səkinə İsmayılova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Müəllimin sinif otağında ölməsinin təfərrüatı... like
  • 18 Dek 10:30  
Digərləri Müəllimin sinif otağında ölməsinin təfərrüatı...

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtida

arrow Ətraflı
13 ərazidə işıq olmayacaq like
  • 18 Dek 10:26  
Digərləri 13 ərazidə işıq olmayacaq

Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasi

arrow Ətraflı
Tanınmış aparıcı da saxlanıldı like
  • 18 Dek 10:25  
Şou-biznes Tanınmış aparıcı da saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "çirkli pulların yuy

arrow Ətraflı
“Mask narkotikin təsiri altında paylaşım edir” like
  • 18 Dek 10:24  
Dünya “Mask narkotikin təsiri altında paylaşım edir”

İlon Maskın narkotik vasitələrdən istifadə etdiyi və sosial şəbəkələ

arrow Ətraflı
Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi like
  • 18 Dek 10:18  
Siyasət Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Ramiz Mehdiyev və digər

arrow Ətraflı
Dövlət qurumlarında olan işlərin həllini vəd edirdi, həbs olundu like
  • 18 Dek 10:18  
Digərləri Dövlət qurumlarında olan işlərin həllini vəd edirdi, həbs olundu

Ağsuda saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq ed

arrow Ətraflı
Tramp xalqa müraciət etdi like
  • 18 Dek 10:05  
Dünya Tramp xalqa müraciət etdi

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraci

arrow Ətraflı
Bu da Aytən Səfərovanın qızı like
  • 18 Dek 10:00  
Şou-biznes Bu da Aytən Səfərovanın qızı

Tele-aparıcı Aytən Səfərova qızı ilə fotosunu yayıb. 

arrow Ətraflı
"ChatGPT"də düzəltdiyi sevgilisi ilə evləndi like
  • 18 Dek 09:52  
Digərləri "ChatGPT"də düzəltdiyi sevgilisi ilə evləndi

Yaponiyada yaşayan 32 yaşlı Yurina Noguchi süni intellekt vasitəsilə yarat

arrow Ətraflı
Yusif az qala, Şəkinin yarısını alıbmış...  Evlər, obyektlər, maşınlar... like
  • 18 Dek 09:23  
Digərləri Yusif az qala, Şəkinin yarısını alıbmış... Evlər, obyektlər, maşınlar...

"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyəl

arrow Ətraflı
Sərhədləri aşan baxış: Türkiyə kəşfiyyat qaydalarını yenidən yazır like
  • 18 Dek 09:20  
Dünya Sərhədləri aşan baxış: Türkiyə kəşfiyyat qaydalarını yenidən yazır

Türkiyənin ASELFLIR-600 kimi elektrooptik və kəşfiyyat sistemlərinin inki

arrow Ətraflı