İttiham aktında Kamran Əsədovun adını görəndə təəəcübləndim Məleykə Abbaszadə
Digərləri 19 Dek 2025 17:45:00 91 0
İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə məlumatımız yox idi. Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımi hazırlığı görsünlər. Hüquqşünaslarımız mənə həmin ittiham aktında dırnaqarası "təhsil eksperti"nin adının keçdiyini bildirdilər və bu, məni təəccübləndirdi.
Bu xəbəri də oxu: TƏBİB rəsmisi “etabib”dəki şübhəli diaqnozlarla bağlı danışdı
Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
"Çünki cəmi bir həftə əvvəl həmin şəxs rəsmi tədbirlərin birində rektorlarla mehriban söhbət edirdi. Halbuki o, həmin vaxt artıq ittiham aktından xəbərdar idi. Bilə-bilə bu qədər rahat davranması, heç nə olmamış kimi görünməsi məni təəccübləndirdi", o, əlavə edib.
Məleykə Abbaszadə vurğulayıb ki, əlavə təhlillər aparılacaq və yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric ediləcək:
"Bu ittiham aktı bizim üçün bəzi vacib məqamları aydınlaşdırdı. Onun əsasında əlavə təhlillər aparacağıq. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən, əgər yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinə dair hüququmuz var və bu səlahiyyətdən istifadə ediləcək".
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı d
Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.
İstanbulda narkotik istintaqı çərçivəsində keçirilən üçüncü əməli
Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib.
10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsi
Xəbər verdiyimiz kimi, Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olu
Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində döyüşlərdə
"Biz artıq il yarımdır ki, həkimlərin fəaliyyətinin monitorinqini ap
Müğənni Vüsal Hacıyev canlı yayımda həmkarı Nəfəs barədə sərt aç
Uelsdə 49 yaşlı kuryer Riçard Devis və 43 yaşlı həyat yoldaşı Fey Stev
Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişl
Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zama
