Meksikada əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə "Şelkunçik" baletinin premyerası keçirilib
Kriminal 19 Dek 2025 18:22:00 64 0
2025-ci ilin 18 dekabr tarixində Mexiko şəhərinin tanınmış "Milli Auditoriya" konsert zalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının dirijoru, Respublikanın əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə P.İ.Çaykovskinin unudulmaz "Şelkunçik" baletinin möhtəşəm premyerası baş tutub.
Son.az xəbər verir ki, azərbaycanlı dirijorun layihədə iştirakı Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin Meksikadakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.
Meksika Mədəniyyət Nazirliyi nəzdində İncəsənət və Ədəbiyyat Milli İnstitutunun (INBAL) İncəsənət Teatrının orkestrı və Milli Rəqs Qrupunun balet truppası tərəfindən ifa olunmuş baletin ilk nümayişi anşlaqla keçib.
Baletin səhnələşdirilməsində Milli Rəqs Qrupunun aparıcı üzvləri ilə bərabər uşaqlardan ibarət balet ifaçıları da iştirak edib. Layihəyə ümumilikdə yüzdən çox balet ifaçısı, həmçinin səksəndən artıq musiqiçinin iştirak etdiyi orkestr cəlb olunub.
Yetmiş ildən çox tarixi olan İncəsənət Teatrının orkestrı ölkənin aparıcı musiqi kollektivlərindən biridir. On min tamaşaçı tutumuna malik "Milli Auditoriya" isə Latın Amerikası regionunun, habelə dünyanın böyük və əhəmiyyətli konsert zallarından biri hesab olunur və ölkə miqyasında vacib tamaşaların çoxuna ev sahibliyi edir.
Xəbərə aid video
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi il
Aparıcı Lamiyyə Ələkbərova müğənni Rəqsanə İsmayılovanın onun haqq
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə K
İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə mə
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı d
Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.
İstanbulda narkotik istintaqı çərçivəsində keçirilən üçüncü əməli
Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlama verib.
10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsi
Xəbər verdiyimiz kimi, Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olu
Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində döyüşlərdə
"Biz artıq il yarımdır ki, həkimlərin fəaliyyətinin monitorinqini ap
