Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olublar TƏFƏRRÜAT


Digərləri 21 Dek 2025 12:40:00 62 0

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olublar  TƏFƏRRÜAT

Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub.

Son.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə bu il avqustun 3-ü, 13-ü və 17-də gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib.

Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Səid Kərimli törədiblər.

Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl-zinət əşyalarını mənimsəyiblər.

Oğurluq əməlini törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqları müəyyən edilib.

Sərnişinlərdən oğurlanan qızılların ümumi dəyəri 4 170 manat olub. Səid və Hüseynin oğurladığı qızıllar "Cahan" Ticarət Mərkəzində satılıb. Qızılların bir qismi isə "Nur Telekom" adlı lombarda 1 400 manat müqabilində qoyulub.

Cinayətin üstü isə müştərilərin baqajlarındakı dəyərli əşyaların yoxa çıxmasını gördükdən və bu barədə polisə məlumat verdikdən sonra açılıb.

Hüseyn Həmzəyev 2 il 2 ay, tanışı Səid Kərimli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bəzi yerlərdə yağış yağacaq like
  • 21 Dek 12:22  
Digərləri Bəzi yerlərdə yağış yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron

arrow Ətraflı
Nikol Paşinyan Rusiyaya səfər edəcək like
  • 21 Dek 12:18  
Digərləri Nikol Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

arrow Ətraflı
Tərtərdə 1 nəfər kanalda batıb like
  • 21 Dek 11:58  
Digərləri Tərtərdə 1 nəfər kanalda batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərt

arrow Ətraflı
“O səs deyir, davam et, hələ hər şey bitməyib” like
  • 21 Dek 11:30  
Şou-biznes “O səs deyir, davam et, hələ hər şey bitməyib”

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabındakı paylaşım

arrow Ətraflı
Argentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi like
  • 21 Dek 10:48  
Dünya Argentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşner səhhətində yara

arrow Ətraflı
Bakıda yanğın baş verib like
  • 21 Dek 10:07  
Digərləri Bakıda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi like
  • 21 Dek 09:53  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Cənubi Afrikada atışma  10 ölü, 10 yaralı like
  • 21 Dek 09:42  
Dünya Cənubi Afrikada atışma 10 ölü, 10 yaralı

Cənubi Afrikada silahlı insident faciə ilə nəticələnib.

arrow Ətraflı
Nikolay Denisov vəfat etdi like
  • 21 Dek 09:28  
Şou-biznes Nikolay Denisov vəfat etdi

Aktyor Nikolay Denisov dünyasını dəyişib.

arrow Ətraflı
Putin Makronla dialoqa hazırdır  Peskov like
  • 21 Dek 09:11  
Dünya Putin Makronla dialoqa hazırdır Peskov

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoqa h

arrow Ətraflı
Plastik pəncərə altlığını ağardan vasitə like
  • 21 Dek 08:43  
Digərləri Plastik pəncərə altlığını ağardan vasitə

Xüsusilə isti mövsümdə pəncərə altlıqlarında toz və kir daha tez yı

arrow Ətraflı
Ənənəvi duşlar gələcəkdə tarixə çevriləcək – ilk sifarişləri otellər verdi like
  • 21 Dek 08:08  
Digərləri Ənənəvi duşlar gələcəkdə tarixə çevriləcək – ilk sifarişləri otellər verdi

Yaxın gələcəkdə klassik duşların yerini "insan yuma maşınları&quo

arrow Ətraflı
"Natavan istəmir övladı onun çəkdiyini çəksin" like
  • 21 Dek 07:07  
Şou-biznes "Natavan istəmir övladı onun çəkdiyini çəksin"

Reper Dado Əliyev keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibidən dan

arrow Ətraflı
Çay deyil, like
  • 21 Dek 05:05  
Digərləri Çay deyil,

Berqamot çay kimi tanınsa da, əslində, onun sitrus bitkisi olduğundan çoxl

arrow Ətraflı
Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırır like
  • 21 Dek 04:04  
Digərləri Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırır

Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplər

arrow Ətraflı