"Səni axtarıram"da saxlanılan Əfsanə də azadlıqda
Digərləri 22 Dek 2025 14:10:00 61 0
Qayınanasının ölümünü bilib gizlətməkdə təqsirləndirilən qadın azadlığa buraxılıb.
Milli.az xəbər verir ki, 3 il azadlıqdan məhrum edilən Əfsanə Cəfərova bu Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.
O, cəzasının çəkilməmiş 10 ayından azad edilib.
Qeyd edək ki, 2020-ci ilin fevral ayının 23-də 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın meyiti Ağcabədi şəhərində yerləşən evinin həyətində aşkar olunub. Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq İdarəsinə həvalə edilib.
İstintaqla müəyyən edilib ki, Yevlax rayonunun Bəydili kənd sakini, 1992-ci il təvəllüdlü Seymur Elxan oğlu Cəfərov 2020-ci il fevralın 22-də, gecə saat 1 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olub. Bundan Əfsanənin qayınanası Faxrəndə İbrahimova xəbər tutub. Münasibətlərinin ifşa olunacağından qorxan S.Cəfərov F.İbrahimovanı yastıqla boğaraq öldürüb.
S.Cəfərov 2022-ci il fevralın 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Əfsanə Cəfərova 2022-ci il fevralın 1-də ARB televiziya kanalının "Səni axtarıram" adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi. (Oxu.az)
ATV-də yayımlanan "Bizimləsen" verilişində bu dəfə də gərgin
"İçərişəhər" stansiyasının arxasında dönmə tunelinin inşas
Meyxanaçı Sadıx Mustafayev övladı ilə bağlı paylaşımı ilə diqqət ç
2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələ
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edil
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövd
Müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsind
Sənətçi Aşıq Namiq Fərhadoğlu yenidən televiziya ekranlarına qayıdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Az
Kanadanın Kvebek şəhərindən olan 20 yaşlı Brenda Aubin‑Veqa lotereyada
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikas
Moskvada avtomobildə baş verən partlayışda xəsarət alan şəxsin Rusiya S
Amnistika aktı Neftçalanın icra başçının ictimai-siyasi və humanitar mə
