Bakıda maşın piyada zolağında kişini vurdu
Digərləri 23 Dek 2025 16:34:00 59 0
Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edən yol sahələridir. Bu ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların əksər hissəsi yol hərəkəti iştirakçılarının, xüsusilə də sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir və ağır nəticələrlə müşayiət olunur.
Bu xəbəri də oxu: Hakimin öldüyü qəzanın VİDEOsu
Baş Dövlət Yol Polisi İdarəsindən Son.az-a verilən xəbərə görə, Bakı-Şamaxı avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, eynisəviyyəli piyada keçidlərində qəzaların əsas səbəbləri sırasında sürət həddinin aşılması, diqqətsizlik, tələskənlik və riskin düzgün qiymətləndirilməməsi xüsusi yer tutur.
Piyada keçidinə yaxınlaşan sürücülərin sürəti vaxtında azaltmaması, yol şəraitini lazımi səviyyədə müşahidə etməməsi və piyadalara üstünlük verməməsi ağır nəticələrə yol açır.
Nəzərə alınmalıdır ki, sürücünün verdiyi hər bir qərar, sükan arxasında göstərdiyi hər bir davranış birbaşa insan həyatına təsir göstərir. Bu səbəbdən piyada keçidlərinə yaxınlaşarkən maksimum diqqət və ehtiyatlılıq nümayiş etdirilməsi zəruridir.
Eyni zamanda, piyadalar da yol hərəkətinin iştirakçısı kimi üzərlərinə düşən məsuliyyəti unutmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və hərəkətin intensivliyini real qiymətləndirməlidirlər. Qəfil hərəkətlər, ləngimələr və yola qaçaraq çıxmaq qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Aparılan müşahidələr və təhlillər göstərir ki, piyada keçidlərində təhlükəsizliyin təmin olunması qarşılıqlı məsuliyyət prinsipi əsasında mümkündür. Sürücü və piyada arasında diqqət və qaydalara əməl edilməsi insan həyatının qorunmasında həlledici rol oynayır.
Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını qaydalara ciddi əməl etməyə, insan həyatına biganə yanaşmamağa çağırır.
Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi ri
Yerli KİV-də paytaxtın bəzi market və köşklərdə siqaret satışının m
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ru
Xalq artisti Eyyub Yaqubov səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb
"Böyük Qayıdış" Proqramı bu gün dünya miqyasında ən uğurla
Aparıcı və prodüser Sayqa Cahid sosial şəbəkədə maraqlı açıqlama ver
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı
Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Çoxunun "rasşotnoy" adlandırdıqları son haqq-hesab işəgötürə
Dekabrın 23-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
Türkiyənin reytinqli "Müge Anlı ilə Tatlı Sert" verilişində ca
