Nazirlikdən xəbərdarlıq Güclü qrip dalğası gəlir
Digərləri 24 Dek 2025 15:24:00 69 0
"Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən əsasən hava-damcı üsulu ilə ötürülən qrip və digər kəskin respirator virus imfeksiyalarının yayılması üçün əlverişli şərait hesab olunur".
Bu xəbəri də oxu: Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərə hökm oxundu
Son.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əhaliyə müraciətində fəsli qrip infeksiyasına yoluxma hallarında müəyyən artımların olduğu bildirilir:
"Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir. İnfeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir. Belə ki, soyuq temperaturlu havada insanlar daha çox qapalı məkanlarda toplanır, otaqların daxilində olan istinin xaricə ötürülməsini azaltmaq üçün pəncərələr çox az hallarda açılır. Və beləliklə, havalandırma vasitəsilə virusun kənarlaşdırılması qənaətbəxş olmur. Digər tərəfdən bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir".
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıda qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər:
"Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur. Bu mümkün olmadığı təqdirdə, xəstəlik əlamətləri olan insanlarla təmas zamanı həm özümüz, həm də xəstə şəxs maskadan istifadə etməlidir. Virusların quru səthlərdə bir müddət yaşaya bilməsi və asqıraq-öskürək, əllə toxunma nəticəsində əşyaların çirklənməsi virusun ötürülməsində müəyyən rol oynadığından əllərimizi ağzımıza və gözlərimizə vurmamağa çalışmalı, qida qəbulundan əvvəl ən azı 20 saniyə müddətində əllərimizi sabunla yumaq lazımdır. Xəstə şəxsləri mümkün qədər kollektivə buraxmamalı və imkan olduqda qapalı yerdə izolə etmək lazımdır".
Bundan başqa qeyd edib ki, qidalanmaya diqqət edilməldir. İzah edib ki, qış fəslində təbii olaraq zəifləmiş immunitetin bərpası və güclənməsi üçün qida maddələrinin tərkibində vitamin-minerallar yetərli qədər olmalıdır. Havaların dəyişkən keçməsi səbəbindən düzgün geyim seçimi çətinləşir və bu zaman soyuqdəymə arzu olunan deyil, immuniteti zəiflədə bilər. Ona görə hava proqnozuna baxaraq düzgün geyim seçilməlidir.
"Qeyd etdiyimiz bütün bu tədbirlər qeyri-spesifik olub bütün növ kəskin respirator virus infeksiyaları üçün keçərlidir".
T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz:
"Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar. Bu sadə qaydalara əməl etməklə tətil və bayram günlərində həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik. Bu işdə hər birimizin məsuliyyətli olması, ümumilikdə yoluxma hallarının azalmasına, səbəb olacaq".
Mina Mikayılova Son.az
Mikroplastik nəsil sağlamlığını dəyişdirir.
Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda sat
Müğənni Aytac Vidadiqızının şəxsi həyatı ilə bağlı açıqlaması
Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında
Türkiyəli müğənni Sinan Akçıl 10 il ərzində ödənilməyən dayanacaq v
Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev ağır xəstəl
Dövrünün parlaq siyasi lideri, təcrübəli dövlət xadimi, Azərbaycan xalq
Bakıda fəaliyyət göstərən mağazalardan birində alıcı maraqlı vəziyy
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də
İstanbul Baş Prokurorluğu tərəfindən narkotik ilə bağlı aparılan isti
Narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində həbs edilə
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq&qu
