“BakuBus” avtobuslarında NFC ilə ödəniş tam aktivləşdirildi
Digərləri 25 Dek 2025 09:56:00 67 0
Dekabrın 25-dən Bakı şəhəri üzrə "BakuBus" MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.
Bu xəbəri də oxu: Azərbaycanda yeni 50 manat buraxılır
Bu barədə Son.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır.
Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır - telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir - ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Təyyarə qəzasında həyatlarını itirənlərlə Azərbaycan xalqı, dünya a
"Bir anlıq gördüm ki, torpaq üzümə gəldi. Sonra özümü itirdim, n
"Höküməsiz keçən bir ili təsvir belə edə bilmərəm. İllər keçs
Ailəmizin belə bir adəti var idi ki, axşamlar evdə birgə çay süfrəsi ar
Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora K
Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a m
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında AZAL faciəsinin ildö
Vanna otağını təmiz saxlamaq təkcə estetika deyil, həm də gigiyena məs
Taxta qaşıqlar uzun illərdir mətbəxlərin ayrılmaz hissəsidir. Ancaq son
Orta yaş dövründə özünə inamın azalması gələcəkdə demensiya riskini
Mütəxəssislər bildirirlər ki, boğaz ağrısı hər zaman dərman istifadə
Türkiyəli aktyor Ozan Akbabanın həyat yoldaşı Buket Akbabanın səhhətind
Yakutiyada mənfi 50 dərəcə selsi temperaturun gözlənildiyi barədə xəbə
