J28243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anılıb


Digərləri 25 Dek 2025 12:19:00 66 0

J28243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anılıb

25 dekabr 2025-ci il, Bakı - 25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarının (AZAL) Bakı - Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar dövlət qurumlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Son.az xəbər verir ki, anım tədbiri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev, eləcə də dövlət qurumlarının nümayəndələri həlak olmuş ekipaj heyətinin ailə üzvləri ilə birlikdə Bakı şəhərində yerləşən II Fəxri xiyabanı ziyarət ediblər. Mərasim iştirakçıları məzarlara gül dəstələri qoyub, dünyasını dəyişənlərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunda da hadisə qurbanlarının xatirəsinə birdəqiqəlik sükut elan olunub.

Daha əvvəl, dekabrın 20-də anım tədbirləri çərçivəsində AZAL-ın rəhbərliyi və həlak olmuş ekipaj üzvlərinin yaxınları Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş qəza yerini də ziyarət ediblər. Bu səfər hadisə qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi və əbədiləşdirilməsi istiqamətində atılan növbəti addım olub.   Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı - Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.   Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə - Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Sağ qalan ekipaj üzvləri - Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar.

Aysel Son.az

Qaradağdakı yol qəzası ilə bağlı BDYPİdən AÇIQLAMA like
  • 25 Dek 11:51  
Digərləri Qaradağdakı yol qəzası ilə bağlı BDYPİdən AÇIQLAMA

Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu

arrow Ətraflı
"Ərimlə aramızda olan ikimizə aiddir, övladlarıma demişəm ki, ata nə desə, odur"  Xanəndə like
  • 25 Dek 11:45  
Şou-biznes "Ərimlə aramızda olan ikimizə aiddir, övladlarıma demişəm ki, ata nə desə, odur" Xanəndə

Xanəndə Nişanə Baxışova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama

arrow Ətraflı
“Euronews” AZAL təyyarəsi qəzasının ildönümü barədə material yayımladı like
  • 25 Dek 11:44  
Siyasət “Euronews” AZAL təyyarəsi qəzasının ildönümü barədə material yayımladı

"Euronews" telekanalında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-

arrow Ətraflı
Sabiq nazir külli miqdarda borca düşdü like
  • 25 Dek 11:42  
Digərləri Sabiq nazir külli miqdarda borca düşdü

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxs

arrow Ətraflı
Qaradağdakı avtobus qəzasında 2 nəfər ölüb, 9 nəfər yaralanıb  VİDEO like
  • 25 Dek 11:18  
Digərləri Qaradağdakı avtobus qəzasında 2 nəfər ölüb, 9 nəfər yaralanıb VİDEO

25.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Tə

arrow Ətraflı
Paytaxtda silsilə oğurluq edən şəxs saxlanıldı like
  • 25 Dek 11:17  
Digərləri Paytaxtda silsilə oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
Siyəzəndə avtomobildə yanğın  2 yaşlı uşaq öldü like
  • 25 Dek 11:13  
Digərləri Siyəzəndə avtomobildə yanğın 2 yaşlı uşaq öldü

Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.

arrow Ətraflı
Bakıda sərnişin avtobusu ağır qəza etdi  Ölənlər və yaralananlar var  YENİLƏNİB like
  • 25 Dek 11:08  
Digərləri Bakıda sərnişin avtobusu ağır qəza etdi Ölənlər və yaralananlar var YENİLƏNİB

Qaradağ rayonunda baş verən ağır avtobus qəzasında ölənlərin kimliyi m

arrow Ətraflı
Azərbaycanda yeni 50 manat buraxılır like
  • 25 Dek 11:05  
Digərləri Azərbaycanda yeni 50 manat buraxılır

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımov

arrow Ətraflı
670 minə bataqlığı göl edəcəklər like
  • 25 Dek 10:50  
Digərləri 670 minə bataqlığı göl edəcəklər

Qusar rayonunda quruyaraq bataqlığa çevrilən məşhur "Bənövşə göl

arrow Ətraflı
2026cı il üçün inflyasiya proqnozu açıqlandı: AMBdən mühüm açıqlama like
  • 25 Dek 10:20  
Digərləri 2026cı il üçün inflyasiya proqnozu açıqlandı: AMBdən mühüm açıqlama

Azərbaycanda 2026-cı il üzrə pul siyasətinin məqsədi və çərçivəsi a

arrow Ətraflı
Azərbaycanda bu siqaretlərin satışı müvəqqəti dayandırıldı  Bahalaşacaq like
  • 25 Dek 10:15  
Digərləri Azərbaycanda bu siqaretlərin satışı müvəqqəti dayandırıldı Bahalaşacaq

"Kent" markalı siqaretlərin satışı müvəqqəti dayandırılıb.

arrow Ətraflı
Milyonları göyə sovurdu, zibilyığan oldu like
  • 25 Dek 10:10  
Dünya Milyonları göyə sovurdu, zibilyığan oldu

Böyük Britaniyada 19 yaşında lotereyada təxminən 10 milyon funt sterlinq (

arrow Ətraflı
907ci düzəliş institusional rudiment və lobbiçilik aləti kimi like
  • 25 Dek 09:59  
Siyasət 907ci düzəliş institusional rudiment və lobbiçilik aləti kimi

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı