"Ulduz" stansiyasının yaxınlığında yol təmiri nə vaxt bitəcək?
Digərləri 25 Dek 2025 23:20:00 54 0
Bakının Nərimanov rayonu, Rövşən Əliyev küçəsində yol bir neçə müddətdir bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, ərazidə təmir işləri aparılsa da, nə vətəndaşların rahat hərəkəti təmin edilib, nə də proses yekunlaşır.
Bu xəbəri də oxu: "Görüblər ki, uşaq orda bükülü vəziyyətdədir, baş hissəsi yanıb"
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, metronun "Ulduz" stansiyasının yaxınlığında aparılan işlər avtomobillərin də hərəkətinə mane olur.
Həmçinin Rövşən Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolun qarşısında qazılan quyu həmin yolu avtomobillər üçün tam bağlayıb.
Qeyd olunub ki, kommunal xətlərin yenilənməsi ilə əlaqədar qazıntı işləri 3 aydır davam edir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, qeydolunan ünvanda yol infrastrukturunun yenilənməsi işləri həyata keçirilir. Bu səbəblə bütün kommunikasiya xətləri, həmçinin su və tullantı su xətləri də yenilənir.
Sakinlərin sözlərinə görə, yolun bərpası işlərinə isə avqust ayından başlanılıb. Bəs sözügedən layihə nə vaxt yekunlaşacaq?
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tənzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və hazırda inşası davam etdirilir. Layihənin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulur.
Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadis
Bakının Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksini
Qana sakini Ebu Nuh yuxusunda Allahın 25 dekabr 2025-ci ildə İncil-dəki Nuh
2024-cü ilin dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə
Əməkdar artist Bəsdi Sevdiyeva son illər sənət sahəsində müşahidə olu
Müğənni Şəbnəm Tovuzlunun doğum günü tədbirindən yeni video sosial ş
Xəbər verdiyimiz kimi, Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölü
Prezidentin Sərəncamı ilə Xankəndi Şəhər Məhkəməsinə yeni hakim təy
Əməkdar artist Gülüstan Əliyeva "İncə səhər" verilişində qo
Beynəlxalq Muğam Mərkəzində Qarabağ xanəndəlik məktəbinin unudulmaz si
Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində qətl törətm
Türkiyənin Radio və Televiziya Qurumu (RTÜK) "Aşkın Gücü" veri
1995-ci ildə, 4 yaşında itkin düşən Emine Yıldırımcanın işi 30 il son
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Xalq artisti Məleykə Əsədova "Rəngarəng" verilişində qonaq ola
