Azərbaycan, Qazaxıstan, Rusiya və ICAOnun birgə rəyi: təyyarə vurulub


Digərləri 26 Dek 2025 10:55:00 71 0

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAOnun birgə rəyi: təyyarə vurulub

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin hava gəmisinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırma davam edir.

Son.az xəbər verir ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.

ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkarlanmış faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.

Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxıstan ICAO-nun tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib.

Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd edilib. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub.

Qeyd edək ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.

Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Sonsuzluq yaradır  Bakıda addımbaşı hər yerdə var: Bəzi evlərdə də istifadə olunur like
  • 26 Dek 10:38  
Digərləri Sonsuzluq yaradır Bakıda addımbaşı hər yerdə var: Bəzi evlərdə də istifadə olunur

Artıq Bakıda addımbaşı kofe satılan yer var. Hansı ki, "takeaway&quo

arrow Ətraflı
3 bürc üçün qara günlər bitir  2026cı ildən əvvəl rahatlama gəlir like
  • 26 Dek 10:27  
Digərləri 3 bürc üçün qara günlər bitir 2026cı ildən əvvəl rahatlama gəlir

Astroloqların proqnozlarına görə, son illərdə maddi, emosional və peşək

arrow Ətraflı
Faciəli şəkildə ölən kombaynçının like
  • 26 Dek 10:26  
Digərləri Faciəli şəkildə ölən kombaynçının

Xəbər verdiyimiz kimi, dünən Sabirabadda körpünün uçması nəticəsində

arrow Ətraflı
Vəzifəli şəxsin qohumu adı ilə dələduzluq edən şəxs saxlanıldı like
  • 26 Dek 10:24  
Digərləri Vəzifəli şəxsin qohumu adı ilə dələduzluq edən şəxs saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həya

arrow Ətraflı
Tanınmış xanəndə bu aparıcı ilə EŞQ YAŞAYIR  toy olacaq like
  • 26 Dek 10:21  
Şou-biznes Tanınmış xanəndə bu aparıcı ilə EŞQ YAŞAYIR toy olacaq

Xanəndə Pərvaz İbrahimli ilə aparıcı Aysu arasında sevgi münasibətinin

arrow Ətraflı
Bakıda "yeni dövr" başlayır 14 fevraladək davam edəcək like
  • 26 Dek 09:50  
Digərləri Bakıda "yeni dövr" başlayır 14 fevraladək davam edəcək

Həftəiçi olmasına baxmayaraq artıq bugündən yollarda sıxlıq müəyyən

arrow Ətraflı
Bənövşəyi xətt 5 vaqonlu tərkiblərə keçdi like
  • 26 Dek 09:49  
Digərləri Bənövşəyi xətt 5 vaqonlu tərkiblərə keçdi

"Bakı Metropoliteni" QSC vaqon parkında ehtiyat tədbirləri güclə

arrow Ətraflı
Həbsdəki eksicra başçılarından yalnız biri amnistiyaya düşür like
  • 26 Dek 09:42  
Digərləri Həbsdəki eksicra başçılarından yalnız biri amnistiyaya düşür

Artıq bir neçə gündür Prezidentin təşəbbüsü ilə qəbul edilən amnist

arrow Ətraflı
Qızıl və gümüşün qiyməti artdı like
  • 26 Dek 09:36  
Digərləri Qızıl və gümüşün qiyməti artdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

arrow Ətraflı
AZAL J28243 reysi – beynəlxalq ədalət üçün həqiqət anı like
  • 26 Dek 09:27  
Siyasət AZAL J28243 reysi – beynəlxalq ədalət üçün həqiqət anı

2025-ci ilin yanvarında AZAL-a məxsus J2-8243 reysinin faciəsi təkcə Azərb

arrow Ətraflı
Deputatın oğlu hakim təyin edildi like
  • 26 Dek 09:24  
Digərləri Deputatın oğlu hakim təyin edildi

Xəbər verdiyimiz kimi, bir sıra məhkəmələrə hakim təyin edilib.

arrow Ətraflı
Gətirmək çətinləşdi, qiyməti qalxdı  4 gündən sonra bazarda vəziyyət like
  • 26 Dek 09:20  
Digərləri Gətirmək çətinləşdi, qiyməti qalxdı 4 gündən sonra bazarda vəziyyət

Azərbaycana 10 ildən köhnə avtomobillərin idxalının qadağan edilməsi v

arrow Ətraflı
Avro və rubl yenidən bahalaşdı  Dollar isə... like
  • 26 Dek 09:18  
Digərləri Avro və rubl yenidən bahalaşdı Dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Aldığınız ev başınıza bəla ola bilər  Qeydiyyat "tələsi" like
  • 26 Dek 08:30  
Digərləri Aldığınız ev başınıza bəla ola bilər Qeydiyyat "tələsi"

Mənzil məsələlərində tez-tez rast gəlinən problemlərdən biri də həmi

arrow Ətraflı