Asbest və tərkibində asbest olan materialların istifadəsi qadağan edildi


Digərləri 26 Dek 2025 13:45:00 55 0

Asbest və tərkibində asbest olan materialların istifadəsi qadağan edildi

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndiriləcək.

Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.

Bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olan məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının təklifi ilə asbestlə bağlı xəstəliklərin qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul edilib.

Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıq risklərinin qarşısını almaq üçün Avropa İttifaqı asbest və asbest məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və 2009-cu illərdə müvafiq direktivlər qəbul edib. 1999/77/EC nömrəli Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropa İttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan edilib.

Bakıda bu ərazi 5 saat işıqsız qalacaq like
  • 26 Dek 13:20  
Digərləri Bakıda bu ərazi 5 saat işıqsız qalacaq

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqə

arrow Ətraflı
Balaəli yeni doğulan OĞLU İLƏ like
  • 26 Dek 13:16  
Şou-biznes Balaəli yeni doğulan OĞLU İLƏ

Meyxanaçı Balaəli Maştağalı yeni dünyaya gələn oğul övladı ilə bağ

arrow Ətraflı
Azərbaycanda məhkəmə sədri vəfat etdi like
  • 26 Dek 13:04  
Digərləri Azərbaycanda məhkəmə sədri vəfat etdi

Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov vəfat edib.

arrow Ətraflı
Putinin ona nə hədiyyə etdiyini paylaşdı like
  • 26 Dek 13:02  
Dünya Putinin ona nə hədiyyə etdiyini paylaşdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə

arrow Ətraflı
Elektron siqaretlərlə bağlı qadağa bu tarixdə qüvvəyə minir  TƏSDİQLƏNDİ like
  • 26 Dek 12:56  
Digərləri Elektron siqaretlərlə bağlı qadağa bu tarixdə qüvvəyə minir TƏSDİQLƏNDİ

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılmas

arrow Ətraflı
Şirkətini satıb, işçilərinə 20 milyon bonus payladı like
  • 26 Dek 12:54  
Dünya Şirkətini satıb, işçilərinə 20 milyon bonus payladı

ABŞ-ın Luiziana ştatında yerləşən "Fibrebond" şirkətinin 1,7

arrow Ətraflı
Bakıda məşhur yol bağlanır  Təmir olunacaq like
  • 26 Dek 12:51  
Digərləri Bakıda məşhur yol bağlanır Təmir olunacaq

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "

arrow Ətraflı
Aydan 1 ildən sonra işinə qayıtdı like
  • 26 Dek 12:44  
Digərləri Aydan 1 ildən sonra işinə qayıtdı

Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüarde

arrow Ətraflı
Zelenski Trampla görüşə bilər like
  • 26 Dek 12:41  
Dünya Zelenski Trampla görüşə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də ABŞ Prezidenti Donald Tr

arrow Ətraflı
Sahibkarlarla növbəti görüş Şirvan rayonunda keçirilib like
  • 26 Dek 12:38  
Digərləri Sahibkarlarla növbəti görüş Şirvan rayonunda keçirilib

Görüşdə sahibkarlar ilə biznesin qurulması və inkişaf etdirilməsi istiq

arrow Ətraflı
Xaricdə attestatla qəbul olunanların kvalifikasiyaları tanınmır like
  • 26 Dek 12:36  
Digərləri Xaricdə attestatla qəbul olunanların kvalifikasiyaları tanınmır

Mərkəzləşdirilmiş imtahanlarda tələb olunan nəticəni əldə edə bilmə

arrow Ətraflı
“İstanbul Klinika”da yoxlama  Qanunsuzluqlar aşkar edildi like
  • 26 Dek 12:34  
Digərləri “İstanbul Klinika”da yoxlama Qanunsuzluqlar aşkar edildi

"İstanbul Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyy

arrow Ətraflı
Oqtay Əsədovun qızının dəfn yeri məlum oldu like
  • 26 Dek 12:32  
Digərləri Oqtay Əsədovun qızının dəfn yeri məlum oldu

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ötən gün xərçəng xəstəliyi

arrow Ətraflı
Sabunçuda 50 yaşlı kişi dəm qazından boğuldu like
  • 26 Dek 12:27  
Digərləri Sabunçuda 50 yaşlı kişi dəm qazından boğuldu

Sabunçu rayonunda 50 yaşlı kişi dəm qazından boğulub.

arrow Ətraflı
Təhsil kreditlərinin qaytarılması ilə bağlı mühüm AÇIQLAMA like
  • 26 Dek 12:25  
Digərləri Təhsil kreditlərinin qaytarılması ilə bağlı mühüm AÇIQLAMA

"Təhsil kreditlərində 90 gündən artıq gecikmə halları valideynlər

arrow Ətraflı