Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb
Digərləri 26 Dek 2025 17:54:00 66 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İçərişəhərdə yerləşən "YAŞA" Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb.
Bu xəbəri də oxu: "Ulduz" stansiyasının yaxınlığında yol təmiri nə vaxt bitəcək?
Mərkəzdə yaşlı insanlar müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, səsləndirdikləri şeirləri dinləyib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.
Qeyd edək ki, yaşlı insanların fəal, sağlam və mənalı həyat sürməsini dəstəkləmək üçün "YAŞA" Mərkəzləri şəbəkəsi formalaşdırılıb. Hazırda bu mərkəzlər təkcə Bakıda deyil, eyni zamanda Mingəçevir və Şamaxı şəhərlərində də fəaliyyət göstərir, müxtəlif regionlarda yaşayan ahıllar üçün sosiallaşma, öyrənmə və fəal həyat imkanları yaradır. Son.az
"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyası
Azərbaycanın milli maraqları tələb edərsə, Ermənistana səfər edə bil
23 dekabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilən II Az
Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.
Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə
Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i ax
Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süle
Azərbaycan Milli İncəsənət Muzeyi və Uşaqların Sağlam Gələcəyi (USG)
Məşhur türk aşbazı və sosial media fenomeni CZN Burak Azərbaycanla bağl
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye bölgəsində yaşayış mən
Rusiya Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"nun tik
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC Dünya
Biləsuvarda "Melioratorlar" qəsəbəsindəki yaşayış binasında y
Prezident İlham Əliyev çox sistemli xarici siyasət yürüdür.
