“Mənə 7 min verəcəyinizə, gedib kəndin yolunu çəkdirərdiniz də...”
Şou-biznes 26 Dek 2025 19:39:00 69 0
Tanınmış xanəndə Elnarə Abdullayeva təkcə sənəti ilə deyil, zaman-zaman səsləndirdiyi fikirlər və səmimi çıxışları ilə də ictimaiyyətin diqqət mərkəzində olur.
Bu xəbəri də oxu: “Övladlarım geyimlərimi bəyənmirlər”
Son.az xəbər verir ki, sənətçi ilə bağlı Musavat.com-a maraqlı bir məlumat daxil olub. Məlumata görə, sevilən xanəndə rayonlardan birində toy mərasiminə dəvət olunub. Bildirilir ki, toyun keçirildiyi kənddə yolların vəziyyəti olduqca bərbad olub. Sənətçi isə bu mənzərəni görərək toy zamanı kənd sakinlərinə müraciət edib və belə bir fikir səsləndirib: "Mənə 7 min verəcəyinizə, gedib kəndin yolunu çəkdirərdiniz də..."
Bu sözlərlə Elnarə Abdullayevanın mühüm məqama diqqət çəkib - problemlər girdabında çabalayan Azərbaycan insanı bəzən real ehtiyacları kənara qoyub, dəbdəbəyə və şöhrətə üstünlük verir. Adi yol problemləri həll olunmayan kəndlərdə bahalı toyların təşkili isə istər-istəməz suallar doğurur.
Elnarə Abdullayeva yayılan məlumata aydınlıq gətirərək hadisənin illər əvvəl baş verdiyini bildirib.
"Bu, çox uzun illər əvvəl olmuş bir məsələdir. Hansı rayonda olduğunu demək istəmirəm. Söhbət konkret yol problemindən getmirdi. Orada yolda da müəyyən çətinliklər var idi. Dedim ki, elə bunları həll edərdiniz də, məni niyə çağırırdınız", - deyə sənətçi gülərək qeyd edib.
Elnarə Abdullayeva əlavə edib ki, problemlər yetərincədir və insanların bu məsələlərə daha çox diqqət ayırması vacibdir: "Vallah, o qədər problemlər var ki... Camaatımız sağ olsun".
Abdullayevanın bu səmimi etirafı göstərir ki, öz maraqlarını kənara qoyub ictimai məsələləri qaldıran sənətçilərimiz də var. Son.az
Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdar
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Qış aylarında paltarları radiatorların üstündə qurutmaq sağlamlıq bax
"Elşad Xose Azərbaycan repinin vacib fiqurlarından biri idi. Əvvəl dos
03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA)
Azərbaycan əraziləri işğal altında olduğu dövrdə oraya səfər etməkl
Avropa Siyasi Birliyinin formatı kifayət qədər yenidir.
UNESCO Dünya İrsi siyahısına daxil olan Quedlinburg şəhərində I-opener e
Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri həddindən art
2024-cü ildə Türkiyədə son görüş keçiriləndə növbəti görüşün Az
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyası
Azərbaycanın milli maraqları tələb edərsə, Ermənistana səfər edə bil
23 dekabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilən II Az
Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.
